Narazılar yeni qurumun əsasnaməsini hazırlayır - Müsavatda yeni QALMAQAL
Bizi izləyin

Nida.az

Narazılar yeni qurumun əsasnaməsini hazırlayır - Müsavatda yeni QALMAQAL

“Müsavatın hazırkı rəhbərliyinin legitimliyini qəbul etməyən əksəriyyətin yaradacağı qurumun əsasnaməsi hazırlanır”.


Bunu Publika.az-a açıqlamasında Müsavatın keçmiş üzvü, başqanlığa keçmiş namizəd Səxavət Əlisoy deyib.


Onun sözlərinə görə, hazırda yeni qurumu yaratmaq istiqamətində iş aparılır: “Bu partiya, yaxud siyasi profilli birlik ola bilər. Bu istiqamətdə müzakirələrimiz gedir. Bu barədə geniş danışmaq istəmirəm. Yaxın günlərdə hər şey məlum olacaq, media bundan xəbər tutacaq”.


Müsavat başqanının müavini Elman Fəttah Publika.az-a açıqlamasında Səxavət Əlisoyun partiya üzvü olmadığını deyib: “O partiya sıralarından çıxarılıb. Buna görə də Müsavat aid hansısa addım atmaq, nəyisə hazırlamaq hüququ yoxdur”.


S. Əlisoy isə E. Fəttaha sərt cavab verib.


“Onunla polemikaya getmək istəmirəm. Amma buna İsa Qəmbərin sözü ilə cavab vermək istəyirəm. Müsavat heç kimin dədəsinin partiyası deyil. Hər hansı addım atanda Elman Fəttah kimilərdən icazə almırıq, özümüz qərar veririk”, - deyə o bildirib.

S.Əlisoy yeni yaranacaq qurumun partiya və ya ictimai birlik olması barədə danışmağın hələ tez olduğunu bildirib. O qeyd edib ki, qurumun hansı formada olacağı yaxın günlərdə bilinəcək.

Başqanlığa keçmiş namizəd mübarizədən geri çəkilməyəcəklərini bəyan edib. O bildirib ki, son qurultay zamanı baş verən saxtakarlıqlar aradan qaldırılmayana və ədalət bərpa olunmayana qədər mübarizəni davam etdirəcəklər.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm