Nida.az
Ellada Məmmədli: “Arif Hacılıya rəhbərlik postunu İsa Qəmbər verib”
“Məclis sədri seçiləndə Müsavatda ən böyük narazı Arif Hacılı idi. Amma İsa Qəmbər 22 illik başqanlığı dövründə bütün narazıları idarə edə bildiyi və problemləri yoluna qoyduğu kimi, onu da yola gətirərək icra aparatı yaratdı. Arif Hacılıya rəhbərlik postu verdi. İndiki rəhbərlik nə üçün bunu edə bilmir? Deməli ya idarəçiliyi bacarmırlar, ya da istəmirlər”.
Bunu Publika.az-a açıqlamasında yeni rəhbərlikdən narazı olan
Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli deyib.
Birliyin sədri narazılara qapının göstərilməsinin ən böyük yanlış
olduğunu deyib. Onun sözlərinə görə, İsa Qəmbər müşavirədə bunu
emosional şəkildə ifadə etdi: “Amma mən onun illərin
müsavatçılarının getməsini istədiyinə inanmıram. O, dolayı yolla
narazıları hakimiyyətə işləməkdə ittiham etdi. Mən müşavirədə buna
aydınlıq gətiriləcəyini gözləyirdim, amma geniş açıqlama verilmədi.
Hesab edirəm ki, narazılara birmənalı baxmaq lazım deyil. Özünü
rəhbərlik adlandıran qurum bu insanlar nədən narazıdır deyə çözüm
yolu axtarmaq əvəzinə, qapını göstərir. Bu, ömrünü müsavatçılığa
həsr etmiş insanlara haqsızlıqdır”.
Amma E. Məmmədli istefa verməyi çıxış yolu kimi qəbul etmədiyini
bildirib.
“Biz Rəsulzadə məfkurəsinə görə Müsavatdayıq. Rəsulzadə ağır həyat
şəraiti keçərək çətinliklə Müsavatı bizə çatdırıb. Bunu nəzərə
alaraq hər deyilən sözlə oturub-durmaq doğru deyil. Biz məfkurə
davasını aparırıq və davamızda haqlıyıq”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO