• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Prezident səfirlərin etimadnaməsini qəbul edib

  • Nida.az
  • 26 Noyabr 2014 16:17
  • 426 Baxış
Prezident  səfirlərin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Filippin Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Maria Rovena Mendoza Sançezin etimadnaməsini qəbul edib.

Səfir Maria Rovena Mendoza Sançez fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Maria Rovena Mendoza Sançez etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Fövqəladə və səlahiyyətli səfiri Maria Rovena Mendoza Sançez Filippin Respublikasının Prezidenti III Beniqno Akinonun salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkələrimiz arasındakı dostluq əlaqələrindən danışan səfir xalqlarımızın ümumi dəyərlərə malik olduğunu məmnunluqla qeyd etdi.

Azərbaycan ilə Filippin arasında ikitərəfli münasibətlərin inkişafını yüksək dəyərləndirən Prezident İlham Əliyev əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi.

Dövlətimizin başçısı Prezident III Beniqno Akinonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Filippinin dövlət başçısına çatdırmağı xahiş etdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26- da Qvatemala Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Estuardo Meneses Koronadonun etimadnaməsini də qəbul edib.

Səfir Herbert Estuardo Meneses Koronado fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Herbert Estuardo Meneses Koronado etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycan ilə Qvatemala arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğunu vurğuladı. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi sahədə genişləndirilməsi üçün də imkanların araşdırılmasının vacibliyini qeyd etdi. Dövlətimizin başçısı səfirin bu əlaqələrin inkişaf etdirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.

Fövqəladə və səlahiyyətli səfir Herbert Estuardo Meneses Koronado Qvatemala Respublikasının Prezidenti Otto Fernando Perez Molinanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəsinin Prezidentinin Azərbaycan ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə böyük önəm verdiyini dedi. Səfir diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Dövlətimizin başçısı Prezident Otto Fernando Perez Molinaya salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qvatemala Respublikasının dövlət başçısına çatdırmağı xahiş etdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26-da Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tharit Çarungvatın etimadnaməsini qəbul edib.

Səfir Maria Tharit Çarungvat fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Tharit Çarungvat etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan ilə Tailand arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan Prezident İlham Əliyev ikitərəfli əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə ümidvar olduğunu bildirdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində yaxşı əməkdaşlıq etdiyini qeyd edən dövlətimizin başçısı iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün də böyük imkanların olduğunu vurğuladı.

Tailand Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi və əldə olunan uğurlar münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, ölkələrimiz arasında ticarət dövriyyəsinin yüksək səviyyədə olduğunu məmnunluqla qeyd etdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26- da Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsenin etimadnaməsini qəbul edib.

Səfir Ceyms Martin Larsen fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Ceyms Martin Larsen etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Azərbaycan Respublikası ilə Avstraliya İttifaqı arasında yaxşı əlaqələrin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı Avstraliyanın Baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı apardıqları müzakirələri məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında əlaqələrin perspektivləri, qarşılıqlı biznes və investisiya imkanlarının öyrənilməsi istiqamətində işlərin aparılmasının vacibliyini qeyd etdi.

Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ceyms Martin Larsen ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə, o cümlədən iqtisadi, təhsil və digər sahələrdə inkişaf etdirməkdə maraqlı olduğunu dedi. O, ikitərəfli münasibətlərimizin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyinə əminliyini ifadə etdi.

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 26- da Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Conatan Endryu Karrın etimadnaməsini qəbul edib.

Səfir Conatan Endryu Karr fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Conatan Endryu Karr etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Yeni Zelandiyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Conatan Endryu Karr Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnun olduğunu dedi.

Azərbaycan ilə Yeni Zelandiya arasında çox yaxşı siyasi əlaqələrin olduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin iqtisadi sahədə də inkişaf etdirilməsi üçün güclü qarşılıqlı siyasi iradənin olduğunu vurğulayaraq biznes, sərmayə qoyuluşu və digər sahələrdə imkanların araşdırılmasının zəruriliyini qeyd etdi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR