Karapetyanın yandaşları
Bizi izləyin

Nida.az

Karapetyanın yandaşları

Bilirəm, bu yazıdan sonra Xədicə İsmayılovanın qardaşları, bacıları, oğluna onun kimi gəlin gətirməyi, qızını onun əxlaqı ilə böyütməyi arzulayanlar bit-birə kimi üstümə darışacaq.

Ancaq mənim bu qaragüruh tayfadan qorxacağım, çəkinəcəyim, yanlarında gözümü kölgəli edəcək heç bir işim yoxdur.

Uzaqbaşı deyə bilərlər ki, fərarisən... Soruşa bilərlər ki, Birinci Qarabağ savaşında harada idin?

Cavablarını bəribaşdan verim, sonra mətləbə keçək.

Mən 10 mart 1977-ci ildə Bərdə rayonunda anadan olmuşam. Birinci Qarabağ döyüşünün ən qızğın çağlarında- 1991-94-cü illərdə Respublika Tarix Litseyində oxuyurdum, yəni şagird idim. Daha sonra Bakı Dövlət Universitetinə daxil olmuş, orada hərbi dərslər keçdiyim üçün leytenant rütbəsi almışam. Zabit kimi Azərbaycan ordusunun “N” saylı hərbi hissəsində 18 ay xidmət etmişəm. Hərbi xidmətə çağırıldığımı bəziləri kimi mətbuatda qabartmamışam. Düşünmüşəm ki, mənim bu ölkədə hüquqlarım olduğu kimi, vətəndaşlıq vəzifələrim də var. Odur ki, dövlətimə hərbi xidmət borcumu sevə-sevə yerinə yetirmişəm. Dəfələrlə briqada komandirim Vasif Kazımovun, o cümlədən korpus komandirim olmuş general Rövşən Əkbərovun rəsmi təşəkkürlərini qazanmışam. Hərbi xidmətdə olduğum dönəmdə çağırış və tabur fərqi ilə “Yeni Müsavat” qəzetinin sabiq redaktoru Famil Cəfərli ilə zabit yoldaşı olmuşuq. Bu gün də komandiri olduğum tağımda xidmət etmiş əsgərlərimlə, həmin briqadanın kadr zabitləri xoş münasibətlərim var.

Əfqan Muxtarlı Qarabağda döyüşüb. Çox sağ olsun, kim deyir ki döyüşməyib? Yaxşı döyüşübsə, təşəkkür edir, pis döyüşübsə, “ar olsun” deyirəm. Amma iyi niyyətli olduğumdan hesab edirəm ki, bir döyüşçü kimi “ar olsun” eşitməyi haqq etməyib.

Amma Əfqan Muxtarlı bir söyüşçü kimi bu münasibəti tamamilə haqq edir. Çünki bu adam şəxsi, ictimai, siyasi həyatındakı bütün faciələrin, uğursuzluqların, problemlərin qisasını sosial şəbəkədə ölkənin peşəkar insanlarına, məsələn elə bir zamanlar sırf ac qalmasın deyə onu fotomüxbir kimi işə götürən Rauf Arifoğluna nifrət püskürməklə alır. Ancaq onun elə “Yeni Müsavat” qəzetindən hansı xarakteristika ilə qovulduğu bəs edir deyəsən ki, Əfqan Muxtarlı ictimai faydalı tip deyil. Həmin xarakteristika müsavat.com portalının arxivində var, maraqlananlar tapıb oxuya bilər.

Əfqan Muxtarlını gündəmə gətirən isə onun nə hakimiyyət üçün arzuolunmaz, təhlükəli biri olmasıdır, nə də ictimai rəyə təsir imkanları. Sadəcə diqqətimdən yayınmadı ki, Batumidəki vətəndaş cəmiyyəti forumunda Dağlıq Qarabağ ermənilərini “müstəqil dövlət”in nümayəndləri kimi təqdim olunmasında israr edən “People in Need” təşkilatının müdafiəsində ən çox canfəşanlıq edənlərdən biri də odur. Bunun səbəbini tapmaq üçün Google də axtarış apardım. Səbəb məlum oldu. Qarşıma “Armen Karapetyan & Afgan Mukhtarli” işbirliyinin nəticəsi olaraq neçə-neçə material çıxdı. Mən əminəm ki, bu barədə yayınladığımız yazıdan sonra Armen Karapetyan & Əfqan Muxtarlının müdafiəsinə qalxmış qaragüruhdan heç kim (bir neçə nəfər xaric) o yazıları oxumayıb. Nə bizim yazdığımız yazını, nə də Armen Karapetyanla Əfqan Muxtarlının imzası ilə dərc olunanları.

Bəli, mən deyirəm ki, Əfqan Muxtarlı Armen Karapetyanla işbirliyindədir. Azərbaycan vətəndaşı olan müəllifin bir erməni ilə qoşa imza ilə yazılar yayınlaması işbirliyi deyilmi?

Böhtanmı atıram Əfqan Muxtarlıya? Yoxdurmu belə fakt? Var! Heç Əfqan Muxtarlı özü də bunu danmır.

Hüquqdan və jurnalistikadan azacıq başı çıxanlar bilir ki, qoşa imza ilə hazırlanan, dərc olunan yazılarda bir müəllif bir, o biri müəllif başqa bir fikrə, məlumata görə məsuliyyət daşımır. Materialın bütün məzmununa görə onların hər ikisi eyni dərəcədə məsuliyyət daşıyırlar.

Armen Karapetyan & Afgan Mukhtarli-nin yazılarından bircə sitat gətirəcəm, belə faktlar həddən artıq çoxdur, ancaq indilik bu da yetər.

Yazıda “Qarabağ prezidentinin sözçüsü” kimi təqdim edilərək David Babayanın sitatı verilir: “Artsax Respublikası demokratik dövlətdir. Biz Azərbaycan deyilik, orada sosial şəbəkədəki fikirlərinə görə insanları həbsə atırlar. Biz insan haqlarına hörmətlə yanaşırıq”.

Mən David Babayanın bu fikirlərini və mövqeyini rədd edirəm, onu sitat kimi təqdim etməli olduğum üçün də qanını Qarabağa halal etmiş bütün yurddaşlarımdan üzr istəyirəm. Eyni zamanda sual edirəm, əgər Qarabağ Azərbaycan ərazisidirsə, işğal altında olsa belə o ərazinin də prezidenti İlham Əliyevdirsə, Azərbaycan bu bölgəmizdə qurulan heç qondarma bir dövləti, heç bir prezidenti tanımırsa, David Babayan kimin sözçüsüdür? İşğalçı hərbi xuntanın Azərbaycan məhkəməsi qarşısında cavab verməli olan üzvlərindən birini- David Babayanı “Qarabağ prezidentinin sözçüsü” kimi təqdim etmək, üstəlik onun Azərbaycana atdığı böhtanların yayılmasında bir erməni ilə birgə iştirak etməyin adı nədir sizcə? Mənim fikrimcə, bu erməni propoqandasına alət olmaq, erməni maraqlarına xidmət etmək, kəsəsi ermənilərə işləməkdir.

Eyni zamanda düşünürəm ki, bir zamanlar Qarabağda döyüşmüş Əfqan Muxtarlı birdən-birə erməni propoqandasına alət olmayıb, onu bu işə calayan var.

Əfqan Muxtarlı bir zamanlar, “Palitra” qəzetində işlədiyi vaxtlarda Natiq Ədilovun mətbəxdən oğurladığı yumurtalardan (bu əhvalat həmin redaksiyanın o zamankı bütün heyətinə məlumdur) dünən çıxmış jurnalist deyil ki tanımayaq. Kimin hansı biliyə, bacarağa malik olduğundan agahıq.

Əfqan Muxtarlı heç Azərbaycan dilində doğru-dürüst yaza bilmir, erməni, rus, ingilis dillərini də bilmir. İki gündür QHT-şüvənlik salanlar ağıl kəmliyindən, yoxsa hiyləgərliklərindən, təlaşlarından bu nüansın üzərindən keçirlər.

Odur ki, soruşuram, Əfqan Muxtarlı, Siz Armen Karapetyanla necə, hansı dildə ünsiyyət qurursunuz?

Yazının hazırlanma prosesində sizin fikirləriniz, məlumatlarınız ona necə çatdırılır?

Ən əsası, siz inglis dilində bilmədiyiniz halda, o yazıları kim yazır, kim tərcümə edir?

Bax, bu suallara aydınlıq gəlməlidir. Gələndə məlum olacaq ki, Bakıda Əfqan Muxtarlının timsalında Azərbaycanın uğursuz jurnalistlərini erməni maraqlarına xidmətə yönəldən bir CALAYAN çevrəsi var.

Mənim heç şübhəm yoxdur ki, Batumidəki forum zaman Boris Navasardyana Azərbaycandan xəbərlər göndərilməsinin də təşkilatçısı məhz o CALAYANdır.

CALAYANın əxlaq qohumları, mənəvi və xidməti bacı-qardaşları iki gündür özlərinə əl qatıblar.

Çünki kimliyi, o cümlədən Ermənistan kəşfiyyatına bağlı olub-olmadığı bilinməyən Armen Karapetyanla işbirliyi Azərbaycanın daxilində formalaşdırılmış və sistemli şəkildə milli maraqlarımıza qarşı çıxan bir dəstənin ifşasına ipucu verir.

Bu dəstənin içində ərlərinə çörək verdiklərimiz də var, bizim holdinqdə yediyi çörəyi dizinin üstünə qoyub indi həmin qaragüruhun içində nicat axtaranlar da, beş mərtəbəli evlərin mansarında min hoqqadan çıxanlar da, zirzəmilərdə borca araq içənlər də...

Onların adlarını çəkməyəcəm, mənasızdırlar. Ancaq aralarında bir nəfər var ki, başının koldan çıxarılmasının tam zamanıdır.

Son olaraq isə az öncə səsləndirdiyim sualların üzərinə də birini əlavə edərək Əfqan Muxtarlıdan təkrar soruşuram:

* Siz Armen Karapetyanla necə, hansı dildə ünsiyyət qurursunuz? Yazının hazırlanma prosesində sizin fikirləriniz, məlumatlarınız ona necə çatdırılır?

* Ən əsası, siz inglis dilində bilmədiyiniz halda, o yazıları kim yazır, kim tərcümə edir?

* Armen Karapetyanın Ermənistan kəşfiyyatının casusu olmadığına əminsinizmi?

Taleh Şahsuvarlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm