Nida.az
Qardaşı İsa Qəmbərdən küsüb? – Özəl
Müsavatın keçmiş başqanı İsa Qəmbərlə Almaniyada mühacirətdə yaşayan qardaşı Rövşən Qəmbərin münasibətlərində son vaxtlar soyuqluq yaranıb.
Bu barədə Publika.az-a Müsavatın adının
çəkilməsini istəməyən fəallarından biri deyib.
Müsavat fəalı qardaşlar arasında soyuqluğun qurultaydan sonra
yarandığını deyib: “Rövşən Qəmbər Qubad İbadoğlunu dəstəkləyirdi.
Qurultayın nəticələrindən narazı qalanlardan biri də odur. İsa
Qəmbər isə Arif Hacılının başqanlığını qəbul etməyənləri
satqınlıqda ittiham edir. İsa bəy qardaşının əks cəbhədə olmasını
qəbul etmir. Rövşən Qəmbər isə İsa Qəmbəri saxtakarlığa dəstək
verməkdə günahlandırır. Həmçinin, ona qurultayda söz verilmədiyi və
partiyaya üzvlüyünün bərpa olunmadığına görə qardaşından
inciyib”.
Qeyd edək ki, R. Qəmbər dünən “facebook” profilində qardaşı İsa
Qəmbəri qınayıb.
“İndiyədək Azərbaycanın problemlərinin həllində qardaşım İsa
Yunısoğlunun çox böyük imkanlara malik olduğunu və ölkədə ən çox
sevdiyim vətəndaşın onun olmasına inanmışdım. Lakin mənim çoxsaylı
suallarıma yarım saat vaxt ayırıb bu günlərdə cavab verməsə, İsa
Qəmbər özündən küssün... Dostlarım yaxşı bilirlər ki, Azərbaycanda
ən çox sevdiyim vətəndaş İsa Qəmbər olsa da, Müsavat Partiyasını
ondan, Qarabağı Müsavat Partiyasından, Azərbaycanı Qarabağdan,
haqq-ədaləti isə Azərbaycandan çox sevirəm. Müsavat Partiyasından
2009-da çıxarılmışamsa, 2011-də Almaniyada yaşayan müsavatçılardan
kimlərə Müsavat Partiyasının yüzilliyi münasibətilə fəxri fərmanın
verilməsinə aid mənim təklifim əsas sayılmazdı, hətta mənim özüm də
fəxri fərmanla təltif olunmazdım. Qubad İbadoğlunu dəstəklədiyim və
8-ci qurultayda on dəqiqəlik çıxışımı istəmədikləri üçün, əsasən bu
niyyətlə başqanlığa namizədliyim haqda ərizəmə 17.09.2014 tarixində
inboksuma yazılan kiçik məktubu Rəsulzadənin davamçılarına layiq
saymıram”, - deyə o bildirib.
İsa Qəmbərin keçmiş müavini, politoloq Qabil Hüseynli Publika.az-a
açıqlamasında Qəmbər qardaşlarının arasında narazılığın olduğuna
inanmadığını bildirib: “Mən onların daim səmimi münasibətinin
şahidi olmuşam. Rövşən Qəmbər Azərbaycana gələndə həmişə İsa
Qəmbərin evində qalıb. Onun kabinetində dəfələrlə səmimi
söhbətlərinin şahidi olmuşam. İnanmıram ki, onlar arasında hansısa
narazılıq olsun. Ola bilsin, Müsavatdakı son proseslərə görə
inciklik yaranıb. Bunu dəqiq deyə bilmərəm”.
Asif Nərimanlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?