• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Müsavat üzvü: “İsa Qəmbər bizim partiyadan getməyimizi istəyir”

  • Nida.az
  • 27 Noyabr 2014 11:26
  • 418 Baxış
Müsavat üzvü: “İsa Qəmbər bizim partiyadan getməyimizi istəyir”

“İsa Qəmbər də daxil olmaqla yeni rəhbərlik bizim Müsavatdan getməyimizi istəyirlər”.


Bu barədə Publika.az-a açıqlamasında Müsavat üzvü, İsa Qəmbərin müşaviri olmuş Hüseyn Məlik deyib.


Onun sözlərinə görə, partiya qərargahında keçirilən müşavirədə İsa Qəmbər narazıların qarşısına üç variant qoydu: “Bu variantların sonuncusu istəməyənlərin çıxıb getməsi idi. Amma əslində İsa bəyin beynində olan əsas fikir də bu idi. Yəni bizim çıxıb getməyimiz üç variant arasında sıralamaya görə birinci yerdə idi. Lakin bizim Müsavatdan getmək fikrimiz yoxdur”.


H. Məlik onları yola salmaqdansa, partiyada demokratik mühitin yaradılmasının daha yaxşı variant olduğunu bildirib: “İsa Qəmbər də neçə illər başqan olub. O, belə bir mühitin yaradılmasına çalışmalıdır. Çünki hazırki qarşıdurma Qubad bəylə Arif bəyin rəqabəti deyil. Bu, prinsiplərin, Müsavatın gələcəkdə hansı istiqamətdə fəaliyyət göstərəcəyi məsələsinin rəqabətidir. İsa Qəmbərin də bizimlə bu tonda danışması doğru deyil”.


O, indiyə qədər İ. Qəmbərin niyə belə etdiyinə cavab tapa bilmədiklərini açıqlayıb: “İndiyə qədər bu “niyə” sualına cavab axtarsaq da, tapa bilməmişik. Zamanın hər şeyi yoluna qoyacağını düşünürəm. Yaxın zamanlarda bütün suallara cavab tapılacaq”.


Müsavat üzvü İsa Qəmbərin narazılarla görüşmək istəmədiyini bildirib.


“Partiyada demokratiyanı istəyən və hazırkı idarəetmədən narazı olanlara belə bir təklifi İsa Qəmbər etməlidir. Görüşüb fikir mübadiləsi aparmalı, problemləri araşdırmalıdır. Amma İsa Qəmbər nə bizi qəbul etmək, nə də bizimlə danışmaq istəyir”, - deyə H. Məlik bildirib.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR