Nida.az
Bakılı şahmatçı: “Putin sərt imicini qorumaq üçün Azərbaycana hücum edəcək” – Şok iddia
“Belarus və Qazaxıstan artıq Rusiyadan şübhələnir. Onlar müttəfiqlikdən narahatdırlar. Onlar siyasi cəngəllikdə növbəti qurban ola biləcəklərini anlayırlar. Bunu Moskvada da anlayırlar və Putinin sərt lider imicini qorumaq üçün yenidən hücuma keçmək lazımdır. Bu hücumun ən böyük ünvanı kimi Azərbaycan və Gürcüstan göstərilir”.
Publika.az xəbər verir ki, bu barədə bakılı
şahmatçı Harri Kasparov deyib.
Onun sözlərinə görə, Rusiya Qərblə mübarizə fonunda atacağı
addımları xəritədə neft və qaz boru kəmərlərinin haradan keçdiyinə
baxaraq hesablayır: “Çünki Avropanın alternativ enerji əldə etməsi
onlar üçün qəbuledilməzdir. Putinin Baltikaynı ölkələrə hücumu da
inandırıcı deyil. çünki ortada NATO var. Ruslar sadəcə NATO-nun
kağız üzərində pələng olduğunu sübut etmək istəyirlər. Buna paralel
olaraq, Putin Baltikyanı ölkələrdə öz gücünü lazımi şəkildə nümayiş
etdirir. Misal üçün, Obamanın Estoniyaya səfərindən bir gün sonra
Koxvera Kazan Aviasiya İstehsal Birliyinin əməkdaşı oğurlandı. Bu
“İttifaqınız kağız üzərindədir, sizi heç kim qorumayacaq” deməkdir.
Yəni yarana biləcək bütün xaoslar ruslara sərf edir. Çünki bu,
onların uğur qazanmaq şanslarını yüksəldir. Putin 1945-ci ildən
sonra yaranmış dünya nizamanı müdafiə edən NATO və Avropa Birliyini
etibarsız elan etmək istəyir”.
Kasparova görə, ABŞ-ın indiki rəhbərliyi Rusiyaya sərt cavab
verməyə hazır deyil.
“Qərb öz sərtliyini göstərməlidir. Lakin Vaşinqtonun hazırkı
rəhbərliyi buna hazır deyil. Növbəti prezident seçkilərindən sonra
vəziyyətin dəyişəcəyini və Rusiyaya qarşı sərt mövqe
sərgilənəcəyini hesab edirəm”, - deyə bakılı şahmatçı bildirib.
Asif Nərimanlı
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ