“Rəsulzadə dirilsə...” – Müsavat siyasi mühacir biznesinə girişib?
Bizi izləyin

Nida.az

“Rəsulzadə dirilsə...” – Müsavat siyasi mühacir biznesinə girişib?

“Kiminsə siyasi sığınacaq alması üçün 100 illik partiya bəyanat yayırsa, bu, çox pisdir"


Gənc fəal Bəxtiyar Hacıyev Müsavat Partiyasını tənqid edib.


Publika.az xəbər verir ki, o, “Facebook” səhifəsində Müsavatı kiminsə siyasi sığınacaq alması üçün bəyanat verməkdə ittiham edib.


“M. Ə. Rəsulzadə dirilsə və bu gün Müsavat Partiyasının durumunu görsə, yəqin, ürəktutmasından yenidən dünyasını dəyişər. Hakimiyyətə və ədalətli idarəetməyə iddialı olan Müsavat Partiyası, deyəsən, yeni biznesə girişib. Yanılmaq istəyirəm. Bu gün Müsavat Partiyası üzvlərindən bir nəfərin NİDA-çıların məhkəməsində iştirak etdiyinə görə Nəsimi polisində döyüldüyü və onun həyatına təhlükə olduğuna dair bəyanat yayıb. İnternetdə adı birinci dəfə çıxan bu şəxs (Müsavat funksionerinin oğlu) nə vaxt döyülüb, kim tərəfindən döyülüb? Bəyanatda niyə tarix, saat, yer və hadisə göstərilmir? Döyülmə, pis rəftarla bağlı məhkəməyə (son pillə olaraq Avropa İnsan Hüquqları Məhkəməsinə getmək üçün) müraciət edilibmi? Hansısa orqana şikayət edilibmi? Mətbuatda bu barədə niyə yazılmayıb indiyə qədər? Tanıdığım müsavatçılardan, NİDA-çılardan, jurnalistlərdən soruşdum, dedilər birinci dəfədir belə şey eşidirik”, - deyə o bildirib.

B. Hacıyev sözlərinə görə, döyülmə və kiminsə həyatına, azadlığına real təhlükə yoxdursa və kiminsə siyasi sığınacaq alması üçün 100 illik partiya bəyanat yayırsa, bu, çox pisdir: “Bunun üçün məhbusların adlarından istifadə edilirsə, lap pisdir”.

Qeyd edək ki, söhbət Müsavat üzvü, keçmiş deputat İkram İsrafilin oğlu İsrayıl İsrafildən gedir. Publika.az-ın məsələni dəqiqləşdirmək üçün Nəsimi polisinə müraciətinə cavab olaraq bildirilib ki, iddia olunan hadisə 7 ay əvvəl baş verib və bəyanatdakı kimi deyil. İkram İsrafilin oğlu isə artıq uzun müddətdir İngiltərədə yaşayır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm