İsa Qəmbər may ayında başqanlıqdan gedə bilər
Bizi izləyin

Nida.az

İsa Qəmbər may ayında başqanlıqdan gedə bilər

Müsavat Partiyası növbəti qurultayını may ayının sonunda keçirmək niyyətindədir. Partiyanın mətbuat xidmətindən Publika.Az –a verilən məlumata görə, bu barədə Müsavatın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin növbəti toplantısında qərar qəbul edilib. Toplantıda partiyanın VIII qurultayına hazırlıq məsələləri haqqında məlumat verilib. Partiyanın proqramına təklif olunan dəyişikliklər müzakirə edilib. Növbəti qurultayın may ayının sonunadək keçirilməsi üçün mümkün bütün addımların atılması qərara alınıb.

Qurultayın keçirilməsi üçün münasib iclas zallarının ayrılması haqqında Bakı şəhər İcra Hakimiyyətinə müraciət edilməsi barədə qərar qəbul edilib. Eləcə də alternativ variantların aydınlaşdırılması əvvəllər yaradılmış texniki qrupa həvalə olunub.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm