Nida.az
Azərbaycan prezidenti Koreya baş nazirini qəbul edib
Noyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev Koreya Respublikasının Baş naziri Çanq Honqvonun
başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Publika.az-ın “AzərTAc”a istinadən məlumatına
görə, Azərbaycan Prezidenti İlham Əliyev dedi: "Sizi Azərbaycanda
salamlamağıma şadam. Ölkəmizə xoş gəlmisiniz. Mən əminəm ki, Sizin
səfəriniz ikitərəfli münasibətlərimizə yeni impuls verəcək. Biz
əlaqələrimizin inkişafından razıyıq. Bu əlaqələr çox dinamik
irəliləyir, getdikcə yeni sahələri əhatə edir və inkişaf üçün yaxşı
potensiala malikdir. Siyasi səviyyədə möhkəm əlaqələr iqtisadi
sahədə, biznes sahəsində yaxşı nəticələr əldə olunmasına kömək
edir. Sizin ölkənizin əksər şirkətləri Azərbaycanda müxtəlif
layihələrdə fəal iştirak edirlər. Həmçinin əminəm ki, Sizin
səfəriniz ikitərəfli münasibətlərimizə yeni təkan verəcək və
faydalı olacaq. Bir daha xoş gəlmisiniz".
Koreyanın Baş naziri Çanq Honqvon dedi: "Cənab Prezident, mən də
bu səfərimizə böyük önəm verirəm. Çünki Azərbaycan Qafqaz
mədəniyyətinin, həmçinin Xəzər regionunun mərkəzidir. Cənab
Prezident, mən Sizinlə görüşməyimə şadam və səmimi qəbula görə çox
sağ olun. Mən bilirəm ki, Sizin atanız Heydər Əliyev sürətli
iqtisadi yüksəlişə nail olub və Siz də çox parlaq nəticələrə nail
olursunuz.
Cənab Prezident, Azərbaycan Sizin parlaq rəhbərliyiniz altında möhkəm siyasi sabitlik əsasında gur inkişaf yolu keçir. Sizin prezidentliyiniz dövründə ölkənizin gəlirləri 10 dəfə artıb və bunu Azərbaycanın möcüzəsi hesab etmək olar. Buna görə də Sizə böyük hörmətimi bildirmək istərdim. Biz diplomatik münasibətlərimizi 20 il əvvəl qurmuşuq. Bu, qısa müddətdir. Buna baxmayaraq bizim münasibətlərimiz sürətlə inkişaf edir".
Görüşdə Azərbaycan Respublikası ilə Koreya Respublikası arasında
infrastruktur, energetika, inşaat, informasiya texnologiyaları,
investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri
ilə bağlı fikir mübadiləsi aparıldı.
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK