Nida.az
Novruz Məmmədov: "Cənab Şults da düşünsə, pis olmaz"
Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun Newtimes.az saytına müsahibəsi
- Hörmətli Novruz müəllim, dünən axşam Avropa Parlamentində cənab Martin Şultsun Leyla Yunusla bağlı bildirdiyi mövqeyinə münasibətiniz necədir?
– Leyla Yunus haqqında bircə onu deyə bilərəm ki, onun kimliyini və
25 ildir nə işlə məşğul olduğunu hamı bilir. Mən bu haqda danışmaq
istəmirəm. Cənab Şultsun bununla bağlı mövqeyinə gəldikdə isə
deməliyəm ki, belə bir həqiqəti təhrif edən, amiranə, tələb
xarakterli mövqe, əlbəttə, ona münasibət bildirməyi zəruri edir.
Birincisi, ona görə ki, cənab Şults Azərbaycanla bağlı neqativ
mövqe bildirmək üçün sanki fürsət axtarır və onu da deyək ki, heç
vaxt fürsəti əldən vermir. Biz bunun dəfələrlə şahidi olmuşuq.
İkincisi isə, cənab Şults öz təqdimatını insan hüquqları ilə
əlaqələndirərək özünü bu hüquqların müdafiəçisi kimi göstərməyə
çalışır. Guya günahsız insanları müdafiə etməklə məşğuldur.
Üçüncüsü isə o, beynəlxalq ictimaiyyətə özü bilə-bilə düzgün
məlumat vermir, çaşdırır, yanlış mövqe formalaşdırır.
Cənab Şults xeyli müddətdir ki, Avropanın siyasi səhnəsində
fəaliyyət göstərir. Bu illər ərzində o, Aİ-nin güclənməsi,
möhkəmlənməsi istiqamətində, görünür, missiyasını bitmiş hesab
edir. O, yəqin düşünür ki, Aİ-ilə bağlı bütün məsələləri tənzimləyə
bilib, bu sahədə hər şey əla gedir, bu səbəbdən də özündən çox
razıdır. Və əlinə fürsət düşən kimi Avropa Parlamentində,
parlamentdən kənarda qərəzli müzakirələr təşkil edir, bəyanatlar
verir.
Bütün bunlar isə o zaman baş verir ki, Avropanın və dünyanın digər
ölkələrinin rəhbərləri, Baş nazirləri həm Azərbaycana səfər edərək,
həm də öz paytaxtlarında Azərbaycanda son illərdə gedən inkişafı,
əldə edilən nailiyyətləri, təmin edilən sabitliyi və təhlükəsizliyi
Azərbaycan möcüzəsi adlandırırlar. Cənab Şultsu isə belə işlər heç
maraqlandırmır. O, bunlar barədə bir söz də demək istəməyib.
Nə üçünsə Azərbaycanın qısa bir dövrü əhatə edən müstəqillik
illərində inkişaf etməsi, çiçəklənməsi, mürəkkəb geosiyasi regionda
sabitliyini və təhlükəsizliyini təmin etməsi, beynəlxalq aləmdə
böyük nüfuz qazanaraq müxtəlif siyasi, mədəni, idman tədbirlərinə
ev sahibliyi etməsi cənab Şults üçün heç bir əhəmiyyət daşımır.
Belə məsələlər onu maraqlandırmır.
Amma özünü ədalət carçısı, insan haqları müdafiəçisi kimi təqdim
edən cənab Şults, heç olmasa, bircə dəfə, Azərbaycanda qaçqına və
köçkünə çevrilmiş bir milyon bütün fundamental hüquqları pozulmuş
günahsız qocanın, qadının, cavanın, uşağın müdafiəsi üçün bəyanat
verib mövqe bildirsəydi, onda onun başqa bəyanatlarına da inam
olardı.
Heç olmasa, cənab Şults bircə dəfə, Azərbaycanın 25 ildir işğal
altında qalan beynəlxalq birlik tərəfindən tanınmış torpaqları ilə
bağlı bir ədalətli bəyanat versəydi onda ona inam yaranardı. Lakin,
o, bunu etmir.
Belə şəxsiyyətlərin öz missiyalarını nədə gördüklərini bəzən
anlamaq olmur. Aİ-ni gücləndirmək, ona etimadı, inamı
möhkəmləndirmək əvəzinə qərəzli bəyanatlar vermək, beynəlxalq
ictimaiyyəti çaşdırmaq görəsən hansı niyyətdən qaynaqlanır.
Təəssüflər olsun ki, belə hallar çoxdur.
Cənab Şultsun ambisiyalı siyasətçi olması göz qabağındadır. Amma o,
ambisiyalı olduğu qədər də cəsarətli olsaydı, onda heç olmasa bir
neçə kəlmə də Ferquson hadisələri ilə bağlı deyərdi. Əgər buna
cəsarəti çatmırsa, onda Avropanın əksər ölkələrində, elə öz
ölkəsində, Brüsseldə baş verən hadisə və proseslərlə bağlı mövqe
bildirərdi. Bəyanat verib, təqdim edilməli ciddi hadisələr hər gün
baş verir. Beləliklə, öz işləri ilə məşğul olsa, daha yaxşı olardı
və ona etimad da yaranardı, ambisiyaları da reallaşardı.
Bəzən, doğrudan da, müəyyən hadisə və proseslərlə bağlı heç bir
məsuliyyət hiss etmədən, onları hərtərəfli araşdırıb öyrənmədən
qərəzli bəyanatların verilməsinin nəticələri göz qabağında olsa da,
belə proseslər, təəssüf ki, bu gün də davam edir. Bunun üçün də bu
gün bir suala cavab axtarmaq lazım gəlir. Aİ-nin indiki problemli
və böhranlı vəziyyətinin səbəbləri hansılardır və məsuliyyətini
kimlər daşıyır.
Bu suala cavab üçün cənab Şults da düşünsə, pis olmaz.
-
Qarabağ 16:38
Bu ölkələr Ermənistanı bizə qarşı silahlandırır, gözləyə bilmərik
-
Rəsmi xronika16:13
Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq
-
Nida Xəbər 16:08
SON DƏQİQƏ: Qazaxın azad edilən kəndində bayrağımız qaldırıldı - VİDEO
-
Rəsmi xronika15:28
Biz buna həm də ölkəni təqdim etmək fürsəti kimi baxırıq - Prezident
-
Nida Xəbər 14:46
Göyçə yolu bağlandı: Basarkeçərin 10 kəndi qaytarılır?
-
Kriminal14:33
Azərbaycanda kişi arvadını qətlə yetirməsini lentə aldı - İNANILMAZ FAKTLAR
-
Hadisə14:03
Azərbaycanın Koreyadakı səfirinin ailəsində AĞIR İTKİ
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?