• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Prezident Malta və İspaniya səfirlərinin etimadnaməsini qəbul edib

  • Nida.az
  • 27 Noyabr 2014 15:45
  • 327 Baxış
Prezident Malta və İspaniya səfirlərinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Malta Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Con Debononun etimadnaməsini qəbul edib.

Səfir Con Debono fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Con Debono etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı ölkələrimiz arasında ikitərəfli əlaqələrin çox yaxşı səviyyədə olduğunu vurğuladı. Prezident İlham Əliyev Malta Respublikasının Baş naziri ilə görüşünü və ikitərəfli münasibətlərimizin inkişafına dair məsələləri müzakirə etdiklərini məmnunluqla xatırladı. Enerji sektorunda əməkdaşlığımızın artıq mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin digər sahələrdə də genişləndirilməsinin zəruriliyini qeyd etdi.

Səfir Con Debono ölkəsinin Azərbaycan ilə ikitərəfli əlaqələri müxtəlif istiqamətlərdə genişləndirməkdə maraqlı olduğunu dedi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də İspaniya Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rafael Mendivil Peydronun da etimadnaməsini qəbul edib.

Səfir Rafael Mendivil Peydro fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Rafael Mendivil Peydro etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Rafael Mendivil Peydro İspaniya Kralı VI Felipenin salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev Azərbaycan ilə İspaniya arasında siyasi, iqtisadi və digər sahələrdə fəal əməkdaşlığın mövcud olduğunu vurğuladı. Dövlətimizin başçısı beynəlxalq tədbirlərdə İspaniyanın Baş naziri ilə görüşünü və əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı aparılan səmərəli müzakirələri məmnunluqla xatırladı. İspaniya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan Azərbaycan Prezidenti ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu dedi.

Prezident İlham Əliyev Kral VI Felipenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İspaniya Kralına çatdırmağı xahiş etdi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR