Hafiz Hacıyev: “Xədicənin parazitdən heç bir fərqi yoxdur” AÇIQLAMA
Bizi izləyin

Nida.az

Hafiz Hacıyev: “Xədicənin parazitdən heç bir fərqi yoxdur” AÇIQLAMA

“Azadlıq radiosu hər zaman birtərəfli mövqedən çıxış edib”. Bu fikirləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev “Azdalıq” radiosuna qarşı məhkəmə iddiası ilə çıxış etməsinə münasibətini açıqlayarkən deyib.

Onun sözlərinə görə, sözügedən radio Əli Kərimlinin mövqeyini verib, onun mövqeyimi qeyd etməyib: “Məhz buna görə mən radionu məhkəməyə vermək qərarına gəlmişdim. Sonra sözügedən radionun rəhbərliyi aralarında razılığa gələrək fikirlərimi səsləndirdi. Bu baxımdan məhkəməyə müraciət etmədim”.

Partiya sədri onu da qeyd edib ki, Xədicə İsmayıl və onun kimiləri qarışıq adamlardır: “Xədicənin parazitdən heç bir fərqi yoxdur. Onlardan xarici dövlətlər əl çubuqları kimi bir sıra məsələlərdə ölkəmizə qarşı istifadə edirlər. Ermənilərə satılırlar həbsə məruz qalanda isə insan haqlarından bəhs edirlər. Düşünürəm ki, bunlar öz satqın mövqelərindən əl çəkməlidirlər. Rəhbəri olduğum partiya qəti qərar verib ki, millətinin, xalqının mənafeyini satanlara qarşı çox aqresiv münasibət sərgiləyəcək. İkili standartdan çıxış edən beynəlxalq təşkilatları sərt qınayıram. Çünki onlar bu insanlara maddi və mənəvi dəstək verməklə yanılırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm