Araz Əlizadəni Nalpatyanla “duel” gözləyir
Bizi izləyin

Nida.az

Araz Əlizadəni Nalpatyanla “duel” gözləyir

Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə dekabrın 9-da Cenevrəyə səfərə gedəcək.

Bu barədə Publika.az-a məlumat verən A.Əlizadə deyib ki, səfər zamanı Cenevrədə bir sıra görüşlər keçirəcək: “Dekabrın 12-13-də isə Cenevrədə BMT Təhlükəsizlik Şurası tərəfindən “Socialist İnternational” təşkilatının Məşvərət Şurasının toplantısı keçiriləcək. Toplantının əsas mövzusu terrorizmlə mübarizəyə həsr olunacaq. Toplantıya Ermənistan da dəvət olunduğu üçün, bu ölkəni “Socialist İnternational” təşkilatının vitse-prezidenti Mario Nalpatyan təmsil edir. Bizim orada çıxışımız olacaq. Mən fürsətdən istifadə edərək, orada da erməni işğalı ilə bağlı məsələni də gündəmə gətirəcəyəm. Əgər Mario Nalpatyan ilə hər hansı dialoqum olarsa, bu barədə onun üzünə Qarabağ həqiqətlərini söyləyəcəyəm. Ancaq belə bir görüşün olub-olmayacağını indidən deyə bilmərəm”.

A.Əlizadə həmçinin qeyd edib ki, dekabrın 18-də Bakıda Azərbaycan Sosial Demokrat Partiyasının yaradılmasının 25 illik yubileyinə həsr olunan konfrans keçiriləcək: “Konfransda həm Azərbaycandan, həm də xaricdən qonaqlar iştirak edəcəklər. Konfransa sabiq prezident Ayaz Mütəllibov, “Socialist İnternational” təşkilatının baş katibi Luis Ayala və digər tanınmış şəxslər də dəvət olunublar”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm