Xəzərlə bağlı dördtərəfli saziş parlamentdə müzakirə olunacaq
Bizi izləyin

Nida.az

Xəzərlə bağlı dördtərəfli saziş parlamentdə müzakirə olunacaq

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti iclası keçirilib.


Milli Məclisin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, komitə sədri Ziyafət Əsgərovun rəhbərliyi ilə keçən iclasda “Xəzər dənizində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

Belə sazişlərin artıq bir neçə ölkə ilə bağlandığını vurğulayan Z. Əsgərov deyib ki, Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bir çox qonşu ölkələrə fövqəladə hallar zamanı yaxından yardım edib.


22 maddədən ibarət qanun layihəsində anlayışlar, prinsiplər, yardımın göstərilməsi qaydası, əməkdaşlığın formaları, dövlətlərin ərazisinə keçmə qaydası, yarana biləcək mübahisələrin həlli və digər məsələlər öz əksini tapıb. Saziş Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanıb.

İclasda “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi də müzakirə olunub.

Layihələr Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm