Batumidə Türkiyə, Azərbaycan və Gürcüstanlı millət vəkilləri görüşüb
Bizi izləyin

Nida.az

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstanlı millət vəkilləri görüşüb

Batumidə Türkiyə, Azərbaycan və Gürcüstan parlamentləri beynəlxalaq əlaqələr komitəsi sədrlərinin görüşü keçirilib.

Publika.az-ın məlumatına görə, görüşdə 3 ölkə arasında iqtisadi, siyasi, mədəni, təhlükəsizlk strategiyası və sair məsələlər müzakirə edilib. Bildirilib ki, 3 ölkınin birgə əməkdaşlığı bölqənin stabilliyi, rifahı və təhlükəsizliyinə xidmət edəcək. Tərəflər bu cür görüşlərin davamlı olması haqında razılığa gəliblər.

Qeyd edək ki, Azərbaycanı görüşdə Milli Məclisin beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi namayəndə heyəti təmsil edib.

Millət vəkillərinin bu gün Gürcüstan parlamentinin spikeri David Usupaşvili və prezident Georgi Marqvelaşvili ilə görüşü olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm