Əli Kərimlinin keçmiş müşaviri Müsavata üzv oldu
Bizi izləyin

Nida.az

Əli Kərimlinin keçmiş müşaviri Müsavata üzv oldu

AXCP sədrinin sabiq müşaviri, Füzuli rayonunun keçmiş icra başçısı Şakir Abbasov Müsavat Partiyasına üzv olub.

Publika.az xəbər verir ki, bu haqda məlumatı Müsavat Partiyası Xəzər rayon təşkilatının sədri Niyaz Nəsirli “facebook” səhifəsində verib.

Onun sözlərinə görə, Müsavat Partiyası Xəzər rayon təşkilatının Şura iclasında təşkilati məsələlər və Müsavat Partiyasının keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq müzakirə olunub.


“Həmçinin yeni üzvlər qəbul olunub. Tanınmış demokrat Şakir Abbasovla eyni gündə gənc fəal, iqtisadçı Seyhun Feyziyev də Müsavat Partiyasının sıralararına üzv qəbul olunub”, - deyə o bildirib.


Qeyd edək ki, Şakir Abbasov bu ilin oktyabr ayında AXCP-dən istefa verib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm