Arif Hacılı yenə “qucaqlaşaq” dedi: “Mən sizi işığa doğru aparıram”
Bizi izləyin

Nida.az

Arif Hacılı yenə “qucaqlaşaq” dedi: “Mən sizi işığa doğru aparıram”

Müsavat başqanı Arif Hacılı ona etiraz edənləri yenidən barışığa dəvət edib.


Publika.az xəbər verir ki, Arif Hacılı rəqiblərinə bir daha “qucaqlaşaq” mesajı verərək barışıq təklif edib. O, özünün “facebook” hesabında bu barədə yazıb: “Mən sizi “gəlin qucaqlaşaq” deyərək işığa doğru aparmağa çalışıram. Qaranlıqlar aydınlaşır. Bir azdan özünüz hər şeyi görəcəksiniz!”

Arif Hacılı bir müddət əvvəl rəqiblərini “qucaqlaşmağa” dəvət etsə də, opponentləri bu təklifi rədd etmişdi.

Qeyd edək ki, Arif Hacılı Müsavat Partiyasının başqanı seçildikdən sonra təşkilat daxilində qalmaqallar səngimək bilmir. Ona etiraz edənlərin partiya daxilində fraksiya yaratması məsələsi də gündəmdədir. Arif Hacılı başqan olandan sonra Müsavat Partiyasının sıraları da seyrəlib. Bir neçə tanınmış müsavatçı partiyadan çıxdığını bəyan edib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm