Nida.az
Azərbaycan Prezidenti: “Bu layihələr əlaqələrin dərinləşməsinə xidmət göstərir”
"Türkdilli ölkələrlə əməkdaşlığın daim yüksələn xətlə inkişaf etdirilməsi Azərbaycan dövləti üçün həmişə mühüm əhəmiyyət daşıyıb". Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin üçüncü görüşünün iştirakçılarına ünvanladığı müraciətdə deyib.
Müraciəti Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə oxuyub.
İlham Əliyev bildirib: "Hörmətli görüş iştirakçıları, sizi Bakı
şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin
təhsil nazirlərinin üçüncü görüşünün öz işinə başlaması
münasibətilə təbrik edir, hər birinizə ölkələrinizin gələcəyi
naminə fəaliyyətinizdə uğurlar arzulayıram. Əməkdaşlıq Şurası
çərçivəsində birgə həyata keçirilən çoxsaylı layihələr ölkələrimiz
və xalqlarımız arasında tarixi mədəni əlaqələrin dərinləşməsinə
xidmət göstərir. Әsrlər boyu formalaşmış ənənələrimizin gələcək
nəsillərə layiqincə çatdırılmasında təhsilin misilsiz rolunu nəzərə
alaraq, bu sahədə aparılan siyasəti təqdirəlayiq hal kimi yüksək
qiymətləndirirəm. İnanıram ki, artıq müntəzəm şəkil alan
görüşlərimiz dostluq və qardaşlıq münasibətimizin daha da
genişlənməsi baxımından yeni imkanlar yaradacaq".
Dövlət başçısının sözlərinə görə, son illər ərzində türk
universitetlərinin birliyinin qurulması, Türk Akademiyasının təsis
olunması və eləcə də bu qəbildən digər müştərək layihələr türkdilli
ölkələrin əməkdaşlığının yeni mərhələyə qədəm qoyduğunu nümayiş
etdirir: "Hazırda ölkəmizdə təhsil sahəsində islahatların
"Azərbaycan Respublikasının təhsilinin inkişafı üzrə Dövlət
Strategiyası"na uyğun olaraq reallaşdırılması keyfiyyətcə yeni
dövrün başlamasının bariz nümunəsidir. Qardaş türkdilli dövlətlərin
bu istiqamətdə nailiyyətlərinin, müsbət təcrübələrinin
öyrənilməsinin tərəflər üçün faydalı olacağına və ölkələrimizin
təhsil sisteminə layiqli töhfələr verəcəyinə inanıram. Ümidvaram
ki, görüş zamanı müzakirə olunacaq problemlər, aparılacaq fikir
mübadiləsi və qəbul ediləcək qərarlar ölkələrimiz arasında təhsil
üzrə əməkdaşlığın yeni inkişaf perspektivlərini müəyyənləşdirərək
cəmiyyətlərimizin daha da yetkinləşməsi istiqamətində əhəmiyyətli
addım olacaq".
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə18 Aprel 22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Region18 Aprel 21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil18 Aprel 21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik18 Aprel 21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin118 Aprel 21:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."