Nida.az
Oqtay Əsədov Avropa Parlamentinin sədrini danladı
Milli Məclisin spikeri Oqtay Əsədov Avropa Parlamentinin (AP) rəhbəri Martin Şultsun Azərbaycanda insan hüquqları ilə bağlı tənqidi fikirlərini əsassız hesab edir.
Publika.az –ın məlumatına görə, Milli Məclisin bu gün keçirilən
plenar iclasında O.Əsədov qeyd edib: "Birinci Avropa İttifaqının
tərkibindəki dövlətlərə, orada olan antisemitizmə,
diskriminasiyaya, orada olan miqrantlara münasibətə baxsınlar.
Başqa ölkələrdə polis əməkdaşlarının apardığı qəddarlığa baxsınlar.
Bunların başqa işləri-gücləri yoxdur.
Avropada bir neçə müsəlman ölkəsi var, bütün diqqətlərini cəmləyib onlara qarşı şərləmə işləri ilə məşğuldular. Bunlar artıq açıq yalan danışmağa başlayıblar. Cənab Şults deyir ki, guya Azərbaycan dövlətinə müraciət edib ki, Leyla Yunusun məsələsi ilə əlaqədar Azərbaycana parlament qrupu gəlsin. Amma tam yalandır. Nə Milli Məclisə, nə Azərbaycan hökumətinə heç bir müraciət olunmayıb. Hətta biz bilən məlumata görə, onlar heç qrup da təşkil edə bilməyiblər”.
O.Əsədov deyib ki, Avropa Parlamenti kimi mötəbər bir təşkilatın
iclasında açıq yalan demək heç bir siyasi xadimə hörmət gətirmir:
“Biz necə münasibət görürük, elə də münasibət göstərəcəyik”.
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?