Oqtay Əsədov: “Məsələni araşdırıb hökumətə məktub göndərəcəyik”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Məsələni araşdırıb hökumətə məktub göndərəcəyik”

Milli Məclisin deputatları şəhid ailələrinin parlamentin qarşısında aksiya keçirərək qaldırdığı problemləri müzakirəyə çıxarıblar.


Publika.az-ın məlumatına görə iclasda çıxış edən YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov hökumət üzvlərindən, Dövlət Sosial Müdafiə Fondunun sədrindən xahiş edib ki, şəhid ailələrinin qaldırdığı problemləri diqqətdə saxlasınlar və həlli üçün addımlar atsınlar: “Şəhid ailələri, Qarabağ əlilləri bu gün ölkə prezidentinin ətrafında birləşiblər. Onların problemini həll etmək lazımdır. Oqtay müəllim, qanunvericilik baxımından nə lazımdırsa, onu da edək. Eyni zamanda, bu işləri sürətləndirmək lazımdır ki, onlar əziyyət çəkib bura bir daha bura gəlməsinlər”.


Deputat Vahid Əhmədov isə şəhid ailələri və Qarabağ əlilləri üçün nəzərdə tutulan sığorta pullarının ödənilməsinin problem olaraq qaldığını söyləyib: “Bu pulu haqqı çatan ailələrə ödəmək lazımdır. Şəhid ailələri üçün ödəniləcək sığortanın miqdarı 11 min manatdır. Bu elə də çox vəsait deyil. Maliyyə Nazirliyi bunun ödənilməsini təmin edə bilər”.


Spiker Oqtay Əsədov deputatlara cavab olaraq bildirib ki, bu məsələnin həlli Maliyyə Nazirliyinin səlahiyyətində deyil: “Konstitusiya Məhkəməsi bununla bağlı qərar qəbul edib. Məhkəmə bizə məktub da göndərib ki, Milli Məclis bununla bağlı qərar qəbul etsin. Biz də məsələni araşdırıb hökumətə məktub göndərəcəyik”.


Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm