Musa Quliyev: ”Bəzən məhkəmələrlə sahibkarlar separat danışıqlara gedir”
Bizi izləyin

Nida.az

Musa Quliyev: ”Bəzən məhkəmələrlə sahibkarlar separat danışıqlara gedir”

"Əmək intizamının pozulmasına görə cərimələr tətbiq edilir, lakin onların ödənilməsi mexanizmində boşluqlar var. Ən çox pozulan hallar isə əmək müqaviləsi bağlamadan işçiləri işlətməkdir. Ödənilməyən cərimələrin böyük hissəsi isə hüquqi şəxslərin üzərinə düşür”.

Publika.az xəbər verir ki, belə bir bəyanatla Milli Məclisin bu günkü iclasında deputat Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı çıxış edib. O bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsələ ilə bağlı problemlər mövcuddur.

Onun qənaətinə görə, qanunvericiliyi pozan şəxslər bəzən məhkəmələrlə separat danışıqlara gedir, məhkəmələr də onların xeyrinə addım atır: “Kimsə məndən inciməsin. Bu reallıqdır. Lazımi qurumlar da bunu eşitsin ki, problemlər aradan qalxsın”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm