İrəvandan Leyla Yunusa dəstək
Bizi izləyin

Nida.az

İrəvandan Leyla Yunusa dəstək

Dövlətə xəyanət ittihamı ilə həbs edilən Leyla Yunusa Ermənistandan dəstək məktubu gəlib.

Publika.az xəbər verir ki, məktubun müəllifi Ermənistanın Region Tədqiqat Mərkəzinin direktoru, jurnalist Laura Baqdasaryandır.

Baqdasaryan məktubunda Leyla Yunusun həbsindən və səhhətindən narahat olduğunu ifadə edib. O, “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında bildirib ki, uzun müddətdir Leyla Yunusa məktub yazmaq istəsə də, buna tərəddüd edib: “Leyla Yunusla bağlı belə bir məktubu yazanda tərəddüd edirdim. İrəvandan Leyla Yunusa dəstək və simpatiya kimi qələmə verilər, bu da onun vəziyyətini daha da ağırlaşdırardı”.


Qeyd edək ki, Laura Baqdasaryan ötən il Böyük Britaniyanın Azərbaycan və Ermənistandakı səfirliklərinin dəstəyi ilə Leyla Yunusla birgə ortaq sayt yaradıb. “İctimai dialoqlar” saytı ilk müsahibəni “İrs” partiyasının sədri Raffi Ovannisyandan alıb. O, müsahibədə Azərbaycanın işğal altındakı ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib.

Müsahibəsində Raffi Ovannisyan Azərbaycan və Dağlıq Qarabağ arasında sərhədlərin demarkasiyası, mehriban qonşuluq münasibətləri barədə iddialarla çıxış edib. Müsahibədə iştirak edən azərbaycanlı jurnalistlərdən heç biri Raffi Ovannisyana münaqişə ilə bağlı sual verməyib. Azərbaycanlı jurnalistlər ancaq Ermənistandakı siyasi vəziyyət və prezident seçkiləri ilə bağlı sualları qabardıblar.

Qeyd edək ki, L.Yunusla eyni layihədə iştirak edən Baqdasaryanın adı Leyla Yunus və Rauf Mirqədirovun cinayət işində hallanır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm