Oqtay Əsədov: “Beynəlxalq təşkilatların mötəbərliyi yoxdur”
Bizi izləyin

Nida.az

Oqtay Əsədov: “Beynəlxalq təşkilatların mötəbərliyi yoxdur”

“Beynəlxalq təşkilatlar və onların rəhbərliyinin açıqlamalarından belə aydın olur ki, onların Azərbaycanda tərəfdaşı qalmayıb. Məgər həbsdə olan 3-5 nəfərlə tərəfdaş olar?!”.

Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında vitse-spiker Bahar muradova deyib. O qeyd edib ki, Azərbaycan Avropa Birliyini və onun müvafiq qurumlarını özünə tərəfdaş hesab edir:
“Ən böyük cinayət dövlətə xəyanət və onun maraqlarını satmaqdır. Kimsə hesab edirsə ki, alqı-satqı zamanı dövləti satırsa və bununla özünə yeni bir həyat qurmaq istəyirsə, biz buna imkan verməyəcəyik. Bizk addımlarımızı Avropa dəyərlərinə xəyanət hesab edib, bizə belə münasibət göstərilməsi beynəlxalq təşkilatların qərəzli mövqeyidir. Biz təşkilatlarla təmaslar yaradırıq. Daha martin Şultsla yox. Biz ölkə daxilində və kənarda mövqeyimizi möhkəmləndirməliyik. Biz heç kimə təzyiq etmirik, hər şey qanun çərçivəsindədir”.


Spiker Oqtay Əsədov da bildirib ki, bəzi beynəlxalq təşkilatların mötəbərliliyi yoxdur: “Artıq onlarda heç bir mötəbərlilik qalmayıb. Mən beynəlxalq təşkilatların rəhbərləri ilə təkbətək görüşürəm. Onlar ikili, təkbətək görüşdə başqa cür olurlar, sonradan isə fikirlərini dəyişirlər. Onlara bel bağlayan belsiz qalar. Ölkə başçısının da siyasəti də bundan ibarətdir ki, dövlətlərlə qarşılıqlı əlaqələr inkişaf etdirilsin”.

Leyla

Oxumağa davam et
Reklam
Reklam

Gündəm