Əli Kərimlini İsa Qəmbərə dəyişən keçmiş cəbhəçi: “AXCP-dən istefalar olacaq”
Bizi izləyin

Nida.az

Əli Kərimlini İsa Qəmbərə dəyişən keçmiş cəbhəçi: “AXCP-dən istefalar olacaq”

“Müsavat müxalifət düşərgəsində demokratik prinsiplərlə idarə olunan partiyadır. Mən əvvəldən bu partiyaya üzv olmaq istəyimi açıqlamışdım”.


Bunu Publika.az-a açıqlamasında Müsavat Partiyasına üzv olan AXCP sədrinin keçmiş müavini Şakir Abbasov deyib.


O, hazırda Müsavatın sıravi üzvü olduğunu bildirib: “Əgər rəhbərlik məni hansısa vəzifədə görmək istəsə, partiyanın güclənməsi naminə nizamanmə çərçivəsində əlimdən gələni edəcəyəm. Tapşırılan vəzifənin öhdəsindən gələcəyimə əminəm”.

Ş. Abbasov Əli Kərimlini İsa Qəmbərə dəyişməyinin əsas səbəbi kimi demokratiyanı göstərib: “İsa Qəmbər daha demokrat liderdir. Onun müxalifət düşərgəsində nüfuzu da yüksəkdir. Müsavat Partiyası da daha normal prinsiplərlə idarə olunan, demokratik dəyərlərə üstünlük verən təşkilatdır. Hazırda partiya daxilində gərginlik olduğu deyilir. Amma sizi inandırım, hər şey çox normaldır. Sadəcə olaraq, demokratik mühitdir və hər kəs öz fikrini ifadə edə bilir. Yoxsa, AXCP-də olduğu kimi mən sədrəm, yaxud sədrin birinci müaviniyəm, aşağı üzvlər mənin dediyimlə oturub durmalıdır prinsipi ilə yanaşmırlar”.


Keçmiş müşavir AXCP-dən yeni istefaların olacağını istisna etməyib. Onun sözlərinə görə, partiyada Əli Kərimlinin idarəçiliyindən bezən adamlar çoxdur: “Uzun illər mübarizə aparmış insanlar artıq Əli Kərimlinin yalanlarını həzm edə bilmir. Bəlkə də, indiyə qədər nəyəsə görə susublar, amma bundan sonra da danışmayacaqlarına inanmıram. Çünki AXCP Əli Kərimli və onun ətrafında olan bir neçə adam tərəfindən özəlləşdirilib. Belə partiyada fəaliyyət göstərmək mümkün deyil. Ona görə də yeni istefalar gözlənilir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm