“İrəli”nin yeni sədri ölkədən getdi
Bizi izləyin

Nida.az

“İrəli”nin yeni sədri ölkədən getdi

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov “Gənclərin Mübadilə və Anlaşması” (YEU) beynəlxalq şəbəkəsinə üzv olan təşkilatların nümayəndələrinin Belçikanın Brügge şəhərində keçirilən toplantısında iştirak etmək üçün bu ölkədə səfərdədir.

Publika.az-ın məlumatına görə, tədbirdə əsas məqsəd beynəlxalq gənclər sektorunda mövcud yeniliklər haqqında gəncləri maarifləndirmək, onları yeni layihələrin hazırlanması üçün dəstəkləməkdir.

Həmçinin gənclərin fəaliyyətində innovativ metodların öyrənilməsi, onların şəxsi və peşəkar bacarıqlarının inkişaf etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, YEU beynəlxalq şəbəkəsi 1986-cı ildə Strasburqda 120 gənc tərəfindən yaradılıb. Təşkilat hazırda dünyanın 30 ölkəsindən olan gəncləri əhatə edir. “İrəli” İctimai Birliyi də bu təşkilatın fəal üzvlərindəndir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm