Nida.az
Müxalifətin “primadonnası” kimdir? – Qalmaqal
Azərbaycan müxalifətinin “primadonnası” kimdir?
Publika.az xəbər verir ki, müxalifət düş.ərgəsinin iki partiyası – Azərbaycan Demokrat Partiyası (ADP) və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) arasında qalmaqal yaşanıb.
ADP sədri Sərdar Cəlaloğlu “Hüriyyət” qəzetinə müsahibəsində AXCP
sədri Əli Kərimlini “primadonna” adlandırıb.
“Əli Kərimli cəbhəsi özlərinin iştirak etdiyi, içində olduğu hər
şeyin düzgün olduğunu, qalanların yanlışlığını müdafiə edir. Bu,
gülünc bir şeydir. Sən kimsən axı?! Sən heç özünü idarə edə
bilmirsən, gəlib məni idarə edə bilərsən? Sən kimsən qiymət
verirsən?! İlhamə artistlərə ad verdiyi kimi Əli Kərimli də özünə
belə bir missiya götürüb. Azərbaycanda siyasi partiyalara ad qoyur
ki, Müsavat filandır, AMİP filandır, bunlar satqındır. A bala, sənə
bu hüququ kim verib? Sən də siyasətin primadonnasısan? Belə şey
olar? Vaxtilə hökumət tərəfindən Əli Kərimlinin özünün ləyaqətini
alçaldan çoxlu materiallar gedirdi, qəzetlərdə, internet
saytlarında yazırdılar. İndi Əli Kərimli papağını qabağına qoyub
fikirləşsin ki, o vaxt hökumətin onun əleyhinə bu üsulla apardığı
təbliğat, siyasi mübarizə ədalətli və düz idisə, qəbul edirsə ki,
iqtidar onun haqqında deyilənləri düz edirdi, bu şeyi davam
etdirsin, mən razıyam. Yox, əgər düz deyilsə, qulbeçələrinin ağzını
yığışdırsın, onları tərbiyə etsin. Siyasi partiyaların əsas
vəzifələrindən biri vətəndaş tərbiyə etməkdir, pozğun küçə uşaqları
tərbiyə etmək deyil. Sən uşaqları öyrədirsən, gedib otururlar
internetdə, analarının-bacılarının oxuduğu sosial şəbəkələrdə
ağızlarına gələn küçə söyüşləri yazırlar, tərbiyəsizlik edirlər.
Ola bilsin, heç uşaqlar deyil, böyüklərdir, amma hər halda qoy
bilsin ki, vaxtilə onun özünə qarşı iqtidar belə bir kampaniya
aparıb, onda biz Əli Kərimlini müdafiə edirdik. Bu gün Əli Kərimli
sosial şəbəkələrdə həmin üsul və metodlarla bizə qarşı mübarizə
təşkil edib, bunu düşünsün” , - deyə o bildirib.
ADP sədrinin bu açıqlaması sosial şəbəkələrdə aktiv cəbhəçiləri
əsəbiləşdirib. S. Cəlaloğluna qarşı təhqir qarışıq hücum
kampaniyası başlayıb.
Əli Kərimlinin müavini Həsən Kərimov isə Publika.az-a S. Cəlaloğlunu hakimiyyətə işləməkdə ittiham edib. Onun sözlərinə görə, ADP sədri onun sədrinə qarşı bu tipli açıqlamalarla iqtidarın gözünə girməyə çalışır.
“Bu da səbəbsiz deyil. Qarşıdan 2015-ci il parlament seçkiləri
gəlir. Güman ki, Sərdar bəy bu seçkidə uğur qazanacaq. Amma nə
olursa olsun, hər kəs onun kimliyini bilir. O, Əli Kərimliyə ləkə
yaxmaq istəsə də, bu mümkün olmayacaq”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR