Vurğun Əyyub cəzalandırılacaq – ŞOK
Bizi izləyin

Nida.az

Vurğun Əyyub cəzalandırılacaq – ŞOK

Müsavat başqanının müavini Osman Kazımov Vurğun Əyyubun iddialarının əsassız olduğunu bəyan edib.

“Partiyada gərginliyin yaranmasında mühüm rol oynayan şəxslərdən biri Vurğun Əyyubdur”.

Bunu Publika.az-a açıqlamasında Müsavat başqanının ümavini Osman Kazımov deyib.


Onun sözlərinə görə, V.Əyyubun qurultay barəsində səsləndirdiyi fikirlər absurddur: “Növbədənkənar qurultayın hansı halda çağırılması nizamnamədə konkret göstərilib. Həmin hal isə mövcud deyil. Vurğun Əyyub nizamnaməni dəqiq oxusun. Müsavatın 23 noyabr müşavirəsindən sonra Vurğun Əyyub-Səxavət Əlisoy-Əlövsət Talışxanlı üçlüyü tərəfindən İsa Qəmbərin hədəfə çevrilməsi təsadüfi deyil. Bu şəxslər artıq öz niyyətlərini həyata keçirə bilmədikləri və ifşa olunduqlarını gördükləri üçün, eyni zamanda, İsa Qəmbər tərəfindən prosesə birmənalı qiymət verildiyini gördükdən sonra ardıcıl hücumlar edirlər”.


Osman Kazımov qeyd edib ki, nizamnaməni pozan istənilən şəxs elə nizamnamə əsasında cəzalandırıla bilər: “İstər Arif Hacılını, istər Vurğun Əyyub müdafiə edən şəxslər olsun, nizamnamə pozuntusuna yol verən, qurultayın qərarlarını heç bir əsas olmadan legitim hesab etməməkdə, ara qarışdırmaqda davam eləsələr, təbii ki, onlar barəsində tədbir görüləcək”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm