Hikmət Hacızadə müsavatçılarla toqquşdu
Bizi izləyin

Nida.az

Hikmət Hacızadə müsavatçılarla toqquşdu

Müsavatdan istefa verən Hikmət Hacızadə ilə bir qrup müsavatçı arasında qarşıdurma olub.


Publika.az xəbər verir ki, buna səbəb sosial şəbəkədə H. Hacızadənin qrantla bağlı səsləndirdiyi fikir olub.
Keçmiş müsavatçı açıqlamasında qeyd edib ki, dünyada intellektual şəxslərin çoxu hansısa proyektlər hazırlayır və bunun müqabilində qrant alır.

Onun sözlərinə görə, buna intellektual şəxslərin məhsul satması kimi də yanaşmaq lazımdır. Bu zaman bəzi müsavatçılar Hacızadəyə kəskin etiraz ediblər.

Onlar qeyd edib ki, müsavatçıların adları qrant almaqda çəkilsə də, əslində qrant almayıblar. Lakin Hacızadənin özü də, oğlu da qrant alıb. Vaxtilə Hacızadələrə hücum olanda müsavatçılar buna qarşı çıxıblar. İndi isə Hacızadə tənqid olunan müsavatçıları dəstəkləmir.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm