İlham Məmmədov: “Bu il Bağdadda səfirliyimiz fəaliyyətə başlayacaq“
Bizi izləyin

Nida.az

İlham Məmmədov: “Bu il Bağdadda səfirliyimiz fəaliyyətə başlayacaq“

"Azərbaycanın İraqda səfirliyinin açılması məsələsi gündəmdədir. Səfirliyin açılması məsələsi Milli Məclisdə ratifikasiya olunub. Böyük ehtimalla Azərbaycan səfirliyi bu il Bağdadda fəaliyyətə başlayacaq".

Bu fikirləri Publika.Az-a açıqlamasında Milli Məslisin Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri İlham Məmmədov bildirib. O qeyd edib ki, səfirliyin açılmasının ləngiməsinin bir sıra obyektiv və subyektiv səbəblərlə bağlıdır:

"Məsələnini texniki tərəfləri, digər xüsusatları var. Bilirsiniz ki, məlum hadisələrdən sonra İraqda sabitliyi bərpa etmək nə qədər çətin prosesə çevrilib. Təhlükəsizlik məsələləri tam həllini tapmalıdır ki, səfirlik fəaliyyətə başlaya bilsin".

İlham Məmmədov deyib ki, İraqda səfirliyin fəaliyyətə başlaması Azərbaycan üçün çox önəmlidir:

"İraq, onun Bağdad, Nəcəf, Kərbəla şəhərləri tarixən mədəniyyətin, elmin mərkəzi olub. Bizim ulu babalarımız təhsil almaq, elm öyrənmək üçün bu şəhərlərə gediblər. Onu da nəzərə almaq lazımdır ki, İraqda bizim 3 milyon soydaşımız, İraq türkmənləri yaşayır.

Türkmənlərlə Azərbaycan türklərinin dili demək olar eynidir. Onların adət-ənənələri bizm adət-ənənələrə çox yaxındır. Azərbaycan türklərinin nə qədər geniş coğrafiyaya yayıldığı bir daha aydın olur. Əlbəttə, həmin insanlar da İraqda Azərbaycanın səfirliyinin açılmasını istəyirlər.

İraq-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri həm yanvar ayında, həm də bu günlərdə Azərbaycanda səfərdə olarkən bizimlə keçirdikləri görüşdə səfirliyin açılması prosesinin sürətləndirilməsini xahiş etdilər. Hazırda İraq parlamentində türkmən kökənli 10 millət vəkili var və onlar İraq Türkmən Cəbhəsində birləşiblər".

İlham Məmmədov onu da bildirib ki, İraq-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri hazırda İraqda koalisiya hökumətinin baş naziri olan Nuri əl-Malikinin başçılıq etdiyi partiyanın üçüncü şəxsi olan Şeyx Həmmam Hamudidir.

Səxavət

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm