• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azərbaycana qarşı yeni kəşfiyyat strategiyası hazırlanır - ŞOK İDDİA

  • Nida.az
  • 11 Fevral 2014 10:31
  • 2 322 Baxış
Azərbaycana qarşı yeni  kəşfiyyat   strategiyası hazırlanır  - ŞOK İDDİA

Qərb Bakı üçün Kiyevdəki iğtişaşlara bənzər yeni meydan hadisələri hazırlayır. Azərbaycanda Avropa Olimpiada oyunlarının keçirilməsinə mane ola bilərlər.

Publika.Az xəbər verir ki, bu iddia ilə Rusiyanın nüfuzlu “Nezavismaya” nəşri çıxış edib. Nəşr yazır ki, qərbli hüquqşünaslar Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə dair aktual problemləri öz gündəliklərinə daxil ediblər. Yerli ekspertlər Azərbaycan üçün tarixi əhəmiyyət daşıyan ilk Avropa Olimpiya oyunları ərəfəsində Qərb institutları ilə işləyən yerli QHT-lərin bu ərəfədə aktivləşəcəyini öncədən bildirirlər.

Bakı olimpiya oyunlarının keçirilmə təcrübəsini diqqətlə öyrənir. Soçiyə yüksək səviyyəli səfər də təsadüfi deyil. Bir il sonra tarixdə ilk dəfə Avropa Yay Olimpiya oyunlarının Azərbaycanda keçirmək lazımdır.
Hazırda paytaxtda və regionlarda genişmiqyaslı işlər aparılır: idman kompleksləri, dəbdəbəli mehmanxanalar tikilir. Bir sözlə ölkə avropalı qonaqları qəbul etməyə, eləcə də Olimpiadanın möhtəşəm açılışı və bağlanışı üçün hazırlaşır.

Lakin böyük ehtimalla bəzi ölkələr və beynəlxalq təşkilatlar idmanı siyasətin girovuna çevirmək təcrübəsindən imtina etmir. Beynəlxalq İnsan Hüquqları Klubunun hazırki icraçı direktoru Rebekka Vinsente “Azadlıq radiosu”na müsahibəsində bildirib ki, qış olimpiya oyunlarında bütün dünyanın diqqəti Soçidə idi: “Olimpiada hazırlıqları, keçirilməsi, eləcə də korrupsiya faktları diqqətdə idi. Soçidən sonra diqqət Bakıya yönələcək. Bakıda keçiriləcək tarixdə ilk dəfə olan Avropa Yay Olimpiya oyunlarına demək olar ki, 500 gün qaldı”.

Nəşr yazır ki, R. Vinsente ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşı olub. Lakin o Dövlət Departamentindən gedəndən sonra Azərbaycanda insan hüquqları ilə bağlı işləməyi dayandırıb. O yerli QHT-lərə də fəal şəkildə kömək edirdi.

“Nezavismaya” yerli mediaya istinad edərək belə iddia irəli sürür ki, R. Vinsente 2015-avroolimpiya ərəfəsində Azərbaycana qarşı daha çox kəşfiyyat dairələri ilə bağlı olan yeni strategiya üzərində işləyir. Bunu özü də inkar etmir, hansı ki, olimpiada ərəfəsində beynəlxalq diqqətin Bakıya tuşlanacağını və Azərbaycanda insan hüquqlarının vəziyyətini öyrənəcəklərini bildirir. Bu zaman Azərbaycanın problemlərinə uzaqdan baxmaq lazım gəlməyəcək. Bu baxımdan beynəlxalq cəmiyyətin konkret ölçülərini qəbul etmək lazımdır. Əks təqdirdə avroolimpiyadan sonra hər kəs öz dairəsinə qayıdacaq.

Vinsentenin hansı ölçüləri nəzərdə tutduğunu təxmin etmək mümkündür. “Avroviziya” mahnı müsabiqəsi öncəsi etiraz aksiyalarının keçirilməsi, həmçinin 2013-cü ildə Azərbaycanda prezident seçkiləri ərəfəsində “Facebook inqilabı” reallaşdırmaq cəhdləri uzaq tarix deyil.

Yerli analitiklərin fikrincə, bu gün bir sıra Avropa ölklələri, o cümlədən ABŞ strateji maraqlarını gerçəkləşdirmək üçün Azərbaycan iqtidarına problemlər yarada bilən yerli QHT-ləri bol-bol maliyyələşdirir. Düzdür, hakimiyyət də yatmayıb və QHT-lərin maliyyə mənbələrinin leqallaşdırılması və xərclərlər bağlı konkret hesabat verməyi qanun olaraq reallaşdırır.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR