Azərbaycan və Rusiya birgə hərbi təlimlər keçirəcək
Bizi izləyin

Nida.az

Azərbaycan və Rusiya birgə hərbi təlimlər keçirəcək

Gələn il Xəzər dənizində sahilyanı ölkələrin hərbi dəniz donanmalarının təlimləri keçiriləcək.

Publika.az-ın RİA xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Silahlı Qüvvələri Cənub hərbi dairəsinin mətbuat xidmətindən bildirilib.

Üçtərəfli təlimlərdə Rusiya, Azərbaycan və Qazaxıstan hərbi-dəniz qüvvələri iştirak edəcək. Həmçinin Rusiya və Azərbaycan hərbi-dəniz qüvvələrinin ikitərəfli təlimləri planlaşdırılır.

Xəbər agentliyinin yazdığına görə, Rusiyanın Xəzər hərbi donanmasına məxsus “Buyan” və “Buyan-M” kiçik raket gəmiləri ilk dəfə beynəlxalq təlimlərdə öz imkanları nümayiş etdirəcək. Təlimlərdə həmçinin Rusiyanın yerli gəmi inşaatının yenilikləri olan kiçik raket və artilleriya gəmiləri olan "Qrad Sviyajsk”, "Uqliç", “Böyük Ustyuq", "Mahaçqala" və "Volqodonsk" iştirak edəcək.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm