Rusiya səfiri Hacı İbrahimlə görüşdü - FOTOLAR
Bizi izləyin

Nida.az

Rusiya səfiri Hacı İbrahimlə görüşdü - FOTOLAR

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və Azərbaycanda iri layihələrin inkişafında, icrasında və maliyyələşdirilməsində öncül yerlərdən birini tutan “AzMeCo” (Azərbaycan Methanol Company) şirkətinin Direktorlar Şurasının Sədri Nizami Piriyev “Avesta Concern”in “Khazar İslands” layihəsinin həyata keçirildiyi ərazidə olublar.

Publika.az-ın məlumatına görə, “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli qonaqlara “Khazar İslands” layihəsi haqqında geniş məlumat verib, bu günə kimi görülmüş işlərlə tanış edib.

Rusiyalı səfir Azərbaycanli bir iş adamının belə nəhəng layihəni həyata keçirməsindən məmnun olduğunu, “Khazar İslands” layihəsinin onu heyran etdiyini bildirib.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli rəhbərlik etdiyi şirkətin həyata keçirdiyi “Khazar İslands” layihəsini Azərbaycan dövlətinin iqtisadi inkişafının məntiqi nəticəsi kimi dəyərləndirib və respublikamızda iş adamlarına yaradılmış əlverişli imkanın uğur qazanmağa imkan verdiyini bildirib.

“Avesta Concern”in prezidenti səfirə bildirib ki, Azərbaycanın qazandığı uğurların təməlində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən müdrik dövlət siyasəti dayanır.

Prezident İlham Əliyevin sahibkarlığa və iş adamlarına daima dəstək olduğunu qeyd edən Hacı İbrahim Nehrəmli bunun nəticəsində də ölkə iqtisadiyyatında özəl sektorun payının artan xətlə yüksəldiyini vurğulayıb. Fikirlərinin sübutu kimi başçılıq etdiyi şirkətin bundan əvvəl və hazırda paytaxt Bakının müxtəlif ərazilərində həyata keçirdiyi digər layihələri nümunə kimi göstərən Hacı İbrahim Nehrəmli “Khazar İslands” layihəsini də həmin işlər zamanı qazanılan uğurların davamı olduğunu bildirib.

Səfir Vladimir Doroxin “Khazar İslands” layihəsi haqqında şifahi məlumatlı olsa da, gördüklərinin onu heyran etdiyini bildirib.

“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli dünyanın müxtəlif ölkələrindən olan iş adamları ilə uğurla əməkdaşlıq etdiklərini, rusiyalı iş adamları ilə əməkdaşlığa hazır olduğunu səfirin diqqətinə çatdırıb. Azərbaycanla Rusiya arasında mehriban qonşuluq və dostluq münasibətlərinin iş adamları arasında əməkdaşlıq üçün əlverişli şərait yaratdığı da qeyd olunub.

Səfir Vladimir Doroxin bunun üçün əlindən gələn köməyi etməyə hazır olduğunu bildirib. O, “Khazar İslands” da həyata keçirilən işləri diqqətdə saxlayacağını, görülən işlərin nəticələri ilə tanış olmaq üçün layihənin həyata keçirildiyi əraziyə yenə səfər edəcəyini söyləyib.

Qeyd edək ki, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin “Avesta Concern”in “Khazar İslands” layihəsi ilə tanış olan ilk səfir deyil. Ondan əvvəl İsrail, Yaponiya, Malayziya və Səudiyyə Ərəbistanı Krallığının səfirləri də “Avesta Concern”in “Khazar İslands” layihəsi ilə tanış olmaq üçün ərazidə olublar.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxinin bu səfəri isə Azərbaycandakı diplomatik korpusun “Khazar İslands” layihəsinə böyük maraq göstərdiyini bir daha təsdiq edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm