Azərbaycan Prezidenti "Bakutel-2014" sərgisində
Bizi izləyin

Nida.az

Azərbaycan Prezidenti "Bakutel-2014" sərgisində

Bu gün Bakıda "Bakutel-2014" 20-ci Azərbaycan Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı başlayıb.

Publika.az-ın “AzərTAc”a istinadən məlumatına görə, sərginin rəsmi açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib.

Dövlət başçısı sərgidə iştirak edən yerli və xarici şirkətlərin stendlərini gəzərək nümayiş etdirilən məhsul və xidmətlərlə tanış olub.

“Bakutel” sərgisində Azərbaycan, Argentina, Almaniya, ABŞ, Belarus, BƏƏ, Kanada, Çin, Estoniya, Xorvatiya, Finlandiya, Fransa, Hindistan, İran, İsrail, İtaliya, Yaponiya, Litva, Rusiya, Sloveniya, İsveçrə və Türkiyədən şirkətlər təmsil olunur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm