Qarabağ danışıqları dondurulub – deputatdan AÇIQLAMA
Bizi izləyin

Nida.az

Qarabağ danışıqları dondurulub – deputatdan AÇIQLAMA

“Türkiyə və Rusiya prezidentlərinin ümumi razılıq əldə etməsi, Dağlıq Qarabağ münaqişəsinin də həlli prosesinin inkişafına təkan verə bilər”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfər etməsinin Qarabağ münaqişəsinin həllinə təsiri məsələsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqların gündəliyi məlum deyil: “Putinin Türkiyəyə gedib orada bir sənəd imzalaması ilə Qarabağ məsələsi həll olunmaz. Hər bir məsələ müvafiq təklif sənədi üzərində müzakirə olunur. Ancaq nə Türkiyə Azərbaycana, nə də Rusiya Ermənistana hər hansı təklif etməyib ki, bu təklif üzərində də müzakirələr aparılsın. Çox təəssüf ki, indi Qarabağla bağlı danışıqlar getmir. Hətta planlaşdırılan hər hansı danışıqların gündəliyi belə yoxdur. Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri regiona səfər edəcəklər. Danışıqlar da xarici işlər nazirləri səviyyəsində müəyyən olunmalıdır”.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla 100 milyard dollarlıq ticarət sazişini müzakirə etmək üçün Ankaraya səfər edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm