Arif Hacılı ilə Qubad İbadoğlu görüşdü: “İşçi qrupunda müzakirə ediləcək”
Bizi izləyin

Nida.az

Arif Hacılı ilə Qubad İbadoğlu görüşdü: “İşçi qrupunda müzakirə ediləcək”

Uzun fasilədən sonra Müsavat başqanı Arif Hacılı əsas rəqibi, başqanlığa keçmiş namizəd Qubad İbadoğlu ilə görüşüb.


Müsavat Partiyasının qərargahında baş tutan görüşün detalları tam açıqlanmır. Hər iki şəxs Publika.az-a görüşlə bağlı qısa açıqlama verib.


Arif Hacılı görüşdə bir çox məsələləri müzakirə etdiklərini deyib. Onun sözlərinə görə, görüşün nəticələri Müsavat üçün müsbət olacaq: “Ölkədə, həmçinin partiyada baş verən bir sıra məsələləri müzakirə etdik. Qubad bəyin dəyərli təkliflərini dinlədim. Hesab edirəm ki, bu görüş qurultaydan sonra yaranmış vəziyyətin müsbət həlli ilə nəticələnəcək”.


Qubad İbadoğlu da müzakirələrin səmərəli keçdiyini deyib.


“Bir sıra məsələlər müzakirə edildi. Təkliflər oldu, yaranmış vəziyyətdən çıxış yolları müzakirə edildi. Lakin bu görüş narazıların yaratdığı işçi qrupunda müzakirə edilib dəyərləndiriləcək”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm