“İrəvan Bakının Moskva üçün nə qədər əhəmiyyətli olduğunu anlamır”
Bizi izləyin

Nida.az

“İrəvan Bakının Moskva üçün nə qədər əhəmiyyətli olduğunu anlamır”

“İrəvanda nə deyilməsindən asılı olmayaraq, Rusiya Azərbaycanla əməkdaşlığı daim yüksək xətlə davam etdirəcək”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya məsləhət şurasının beynəlxalq əlaqələr üzrə eksperti Aleksandr Quşin deyib.

Onun sözlərinə görə, Ermənistanda siyasətçilər, təhlilçilər daim Moskva-Bakı yaxınlaşmasından narahatlıqlarını dilə gətirirlər: “Hətta bəzən kobud şəkildə ifadələrə də yol verirlər. Lakin onlar Rusiya üçün Azərbaycanın hansı dərəcədə əhəmiyyətli olduğunu anlamırlar. Daim silah satışını gündəmə gətirir, iqtisadi əlaqələrdən bəhs edilir və bunu Ermənistanın müttəfiqi tərəfindən aldadılması kimi təqdim edirlər. Lakin bu gün Ermənistan Avrasiya İttifaqına üzv qəbul edilmiş ölkədir və Rusiya ilə eyni təşkilat daxilində təmsil olunur. Azərbaycan da eyni dərəcədə sərt bəyanatları, yaxud xoşagəlməz ifadələri işlədə bilər. Amma Bakı hər kəsin öz suveren hüququna hörmət edir. Azərbaycanla əlaqələr qurmaq da Rusiyanın suveren hüququdur. Çünki Bakı Moskva üçün olduqca əhəmiyyətlidir. Bunu İrəvanda anlamırlar”.


Quşin Avrasiya İttifaqına üzv olmuş Ermənistanın davranışlarından narahat olduğunu dilə gətirib.


“Onlar Avropa Birliyi və Şimali Alyansla münasibətlər qura bilərlər. Lakin Avrasiya İttifaqına üzv olan dövlət kimi əsas münasibətlər Rusiya ilə olacaq. Sadəcə olaraq, son zamanlar aqressiv mövqelər İrəvanın bu ittifaqda birgə necə hərəkət edəcəyi haqda suallar yaradır. Bu, neqativ ssenarilərə səbəb ola bilər”, - deyə A. Quşin vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm