“Zəngəzurun Ermənistana verilməsi türk dünyasının arasını coğrafi baxımdan kəsib" - Birinci vitse-spiker
Bizi izləyin

Nida.az

“Zəngəzurun Ermənistana verilməsi türk dünyasının arasını coğrafi baxımdan kəsib" - Birinci vitse-spiker

TÜRKPA-nın baş katibi Jandos Asanov isə bəyan edib ki, türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu toplantının gündəliyinin əsas mövzusudur.

Bu gün Bakıda - Azərbaycan Milli Məclisində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının 3-cü iclası işə başlayıb. Publika.Az-ın məlumatına görə, toplantıda quruma üzv ölkənin parlamentarilərindən ibarət komissiya üzvləri, həmçinin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və TRASEKA Hökumətlərarası Kommissiyasının nümayəndələri, o cümlədən TÜRKPA-nın baş katibi Jandos Asanov, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Qırğızıstan nümayəndə heyətinin üzvü Abdırakhman Mamataliyev, TÜRKPA-nın baş katibinin müavini Qismət Gözəlov, TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri üzrə komissiyasının sədr müavini Sevinc Hüseynova, Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun, millət vəkili Nizami Cəfərov və digər şəxslər iştirak edirlər.

Çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirib ki, TÜRK PA-nın gələcəyinə hər birimizdə böyük əminlik var: "Hesab edirik ki, bu quurm fəaliyyətqabiliyyətli bir təşkilata çevriləcək və artıq çevrilməkdədir. İnanırıq ki, TÜRK PA bütün sahələrdə əməkdaşlığın inkişafına töhdfə verən və türk dünyasının səsini bütün dünyaya çatdıran bir təşkilata çevrilə biləcək".

Hazırda TÜRK PA-nın bir sıra beynəlxalq təşkilatlarda müşahidəçi qismində iştirak etdiyini vurğulayan Z.Əsgərov iclasın gündəliyinə nəqliyyatla bağlı məsələnin təsadüfdən salınmadığını söyləyib. O bu ilin sonu, gələn ilin əvvəli Bakı-Tiflis-Qars dəmiryolunun artıq fəaliyyətə başlayacağını bildirib. Z.Əsgərov deyib: "Bu, Bakı-Tiflis-Qars dəmiryolu təkcə nəqliyyat layihəsi deyil, həm də dövlətlərin yaxınlaşmasına kömək edən mühüm layihədir.

Bundan əlavə “Şahdəniz-2” layihəsinin imzalanması həm Azərbaycan qazının, həm də gələcəkdə Orta Asiya ölkələrinin neft-qaz resurslarının Avropaya çatdırılmasında mühüm rol oynayacaq. Bu o deməkdir ki, nəqliyyat lokomotivinin əsas hissəsi türk dünyasının payına düşür. Düzdür, ötən əsrin əvvəlllərində Zəngəzur mahalı Azərbaycandan alınaraq Ermənistana verilməsi türk dünyasının arasını coğrafi baxımdan kəsib. Buna baxmayaraq. Bu bu coğrafi baryerləri də aşıb keçəcəyik. Arzu edərdim ki, bu məsələdə Orta Asiya ölkələri daha fəal olsunlar ki, qarşıya qoyulan məqsədə nail olaq. Bizi birləşdirən təkcə nəqliyyat coğrafiyası deyil, tariximiz, mədəniyyətimizdir. Bu baxımdan bu iclasın böyük əhəmiyyəti var. İnanıram ki, bu iclasda qəbul edilən qərarlar da türk dünyasının inkişafına töhfə verəcək verəcək".

TÜRKPA-nın baş katibi Jandos Asanov isə bəyan edib ki, türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu toplantının gündəliyinin əsas mövzusudur.

Qeyd edək ki, toplantıdan öncə üzv ölkələrdən olan mütəxəssislərin iştirakı ilə toplantının mövzusuna dair məsləhətləşmələr aparılıb.

Türkdilli ölkələrin Parlament Assambleyasının (TÜRKPA) İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 3-cü iclası başa çatıb. İclasın sonunda gündəlik qəbul edilib. Daha sonra isə TÜRKPA-nın İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının 4-cü toplantısının Qazaxıstanda keçirilməsi təklif olunub və qəbul olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm