Cəmil Həsənlinin ABŞ-da Rəsul Quliyevlə gizli görüş niyyəti
Bizi izləyin

Nida.az

Cəmil Həsənlinin ABŞ-da Rəsul Quliyevlə gizli görüş niyyəti

Hazırda ABŞ-da səfərdə olan Cəmil Həsənlinin Rəsul Quliyevlə görüşəcəyi sual altındadır.


Publika.az xəbər verir ki, C. Həsənli ABŞ səfəri çərçivəsində analitik mərkəzlərdə, Dövlət Departamentində və Senatda görüşlər keçirəcək. Görüşlərin əsas mövzularından biri Azərbaycanda insan hüquqlarının vəziyyəti olacaq.

Milli Şuranın adını açıqlanmasını istəməyən üzvü C. Həsənlinin ABŞ-da yaşayan eks-spiker Rəsul Quliyevlə görüşmək niyyətinin də olduğunu deyib. Lakin qarşı tərəfin bu görüşə münasibəti bəlli deyil.
“Cəmil Həsənli səfərin sonunda Rəsul Quliyevlə təmas qurmağa çalışacaq”, - deyə mənbə bildirib.


Rəsul Quliyevin Cəmil Həsənliyə münasibəti isə birmənalı deyil. Eks-spiker iki gün öncə Publika.az-a müsahibəsində Rüstəm İbrahimbəyovla daim təmas qurduğunu, lakin Cəmil Həsənliyə münasibətinin normal olmadığını deyib.


“Cəmil Həsənli ilə mənim necə telefon söhbətim ola bilər?! Onunla heç vaxt, heç bir əlaqəm olmayıb. Onun Mir Cəfər Bağırovla əlaqədar yazdığı əsəri sifarişlə yazılmış saxtakarlıq hesab edirəm. Milli Şuranın namizədi olmaq və ondan sonra "seçkiləri 65 faizlə uddum" bəyanatlarını verməsini siyasi savadsızlıq hesab edirəm”, - deyə o vurğulayıb.


Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Güləliyev isə Cəmil Həsənlinin Rəsul Quliyevlə görüşünün nəzərdə tutulmadığını bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm