• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Azərbaycanın qardaşı üz çevirdi: Bakı nə edəcək?

  • Nida.az
  • 4 Dekabr 2014 10:17
  • 1 053 Baxış
Azərbaycanın qardaşı üz çevirdi: Bakı nə edəcək?

“Türkiyə ikili oyun oynaya bilmədiyini göstərdi”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu söyləyib.

O, Türkiyənin Qafqazdakı enerji maraqlarını arxa plana atdığını bildirib:

“İlk olaraq əldə olunmuş niyyət anlaşmalarına nəzər yetirmək lazımdır. Rusiya Türkiyə ərazisindən keçməklə Cənubi Avropa ölkələrinə ildə 62 milyard kubmetr qaz satmağı planlaşdırır. Bununla “Cənub axını” yeni nəfəs alır. Bu baş tutacağı halda Türkiyə Rusiyanın çox ciddi enerji partnyoruna çevriləcək. Üstəlik, Ankaranın Moskva tərəfindən bu məqsədlə seçilməsi heç də təsadüfi deyil. Burada digər məqam isə TAP, TANAP kəmərlərinin Türkiyədən keçməsidir. Hər iki layihə Rusiya əleyhinə alternativ enerji mənbələridir. Türkiyə iki oyun oynaya bilmədiyini göstərdi. Faktiki olaraq niyyət anlaşmasında Türkiyə göstərdi ki, Rusiyanı seçərsə, Qafqazdakı enerji maraqları arxa plana keçir, Avropanın enerji diversifikasiyası məsələsinə imza atmır və bu məsələdə israrlı olan ABŞ-ın maraqlarını, təkliflərini qəbul etmir. Bu dediyim fikri gücləndirən məqam da Putin və Ərdoğanın keçirdiyi mətbuat konfransıdır. Balkanlardan, Suriyadan danışıldı, amma Qafqaza toxunulmadı”.

Politoloq Türkiyənin son addımlarıyla Qafqazda Rusiya dominantlığına etiraz etmədiyini deyib:

“Görünür, Türkiyə də bunu müzakirə etməməyə üstünlük verir. Bununla da Qafqazda Rusiya dominantlığına etiraz etmədiyinə işarə edir. Bu, təbii ki, yaxşı hal deyil. Belə olan halda Azərbaycan çox çətin bir duruma düşür. Azərbaycan indi Türkiyə-Rusiya ittifaqını, yoxsa Qərbi seçməlidir. İlk baxışdan cavab çox asandır. Əlbəttə, Azərbaycan Türkiyə-Rusiya ittifaqını seçməlidir. Bunun üçün bütün əsaslar var. Qardaş Türkiyə anlayışı, Rusiyanın hakimiyyət daxilindəki, cəmiyyətdəki vurğunları və sairə buna töhfə verə bilər. Amma məsələ başqa bir şeydədir. Bu halda Azərbaycan öz qazını necə və hara nəql etməlidir? Bu, Türkiyədənmi keçəcək? Rusiya bununla razılaşarmı? O zaman Rusiya öz qazını niyə Türkiyə ərazisində həm depolaşdırmağı, həm də nəql eləməyi planlaşdırır? Əgər diqqət etdinizsə, kəmərin Qara dənizin dibindən çəkilməsi planlaşdırılırdı. Sual olunur ki, Azərbaycanın alternativi nə olacaq? Güman edirəm ki, var. Alternativ Azərbaycan, Türkmənistan və İran qazının Transxəzər-Azərbaycan-Gürcüstan-Qara dəniz-Ukrayna vasitəsilə Avropaya nəql edilməsidir. Bu bir az fantastik görünür, amma Qərb texnologiyaları və şirkətləri üçün bu yetərlidir”.

Ə.Oruclu Putinlə Ərdoğanın konfransında Qarabağdan bir kəlmə belə danışılmamağının xoş hadisə olmadığını vurğulayıb:

“Belə bir hal isə artıq Azərbaycanla Türkiyənin yollarının ayrılması deməkdir. Qəribə bir mənzərə yaranır. Azərbaycan belə bir situasiyada çətin duruma düşmüş olur. Neftin ucuzlaşdığı zamanda Azərbaycan Qərb layihələrini, yoxsa baş tuta bilmə ehtimalı olan Rusiya-Türkiyə ittifaqını seçməlidir? Məsələ enerji daşıyıcıları deyil. İş ondadır ki, kim bizə Rusiya-Türkiyə ittifaqına daxil olduqdan sonra Gömrük İttifaqına girməyi tələb edəcəkləri ilə bağlı təminat verə bilər? Amma Ankarada bir kəlmə də olsun Qarabağdan, Azərbaycanın vəziyyətindən danışılmadı. Deməli, Azərbaycan artıq öz başının çarəsinə baxmalıdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR