Nida.az
Bəşər Əsədin azərbaycanlılardan ibarət ordusu - ARAŞDIRMA
İranda azərbaycanlılardan ibarət Əsəd ordusu yaradılır. Publika.Az –n əldə etdiyi məlumata görə,
İrandakı Əsəd ordusunu qeyri-farslar, xüsusilə azərbaycanlılar
təşkil edir.
Suriyada Azərbaycandan şiə icmasının nümayəndələrinin də
döyüşməsi faktı var. Hələ ötən il Əsəd tərəfindən vuruşan 3
azərbaycanlının öldürülməsi xəbəri gəldi. Bu günlərdə konfliktoloq
Arif Yunus da
bizimlə müsahibəsində (http://publika.az/p/3970 ) bildirdi
ki, Suriyada azərbaycanlılar azərbaycanlılara qarşı vuruşur. Onun
sözlərinə görə, bu ilin yanvar ayında Suriyada 17 sələfi, iki şiə
azərbaycanlı öldürülüb.
Bunun ardınca Bəşər Əsəd tərəfindən vuruşaraq öldürülən
azərbaycanlıların 8 nəfərlik siyahısı yayıldı.
Bu faktlar Suriyada azərbaycanlıların bir-birinə qarşı vuruşduğu fikrini təsdiqlədi. Əsəd tərəfindən vuruşan azərbaycanlıların Suriyaya necə keçməsi haqqında ilginc məlumatlar əldə etmişik. Belə ki, söhbət yalnız İran vətəndaşı olan azərilər deyil, Azərbaycan respublikası vətəndaşalrı içərisində də müharibəyə cəlb edilənlər var.
Əsədə dəstək üçün gedən Azərbaycan vətəndaşları əvvəlcə ya həkimə getmək, ya ziyarət, yaxud da digər müxtəlif bəhanələrlə İrana sərhədini keçir. Lakin onlar Əsədə qarşı vuruşan azərbaycanlıların bir çoxu kimi Türkiyə sərhədini keçdikdən sonra birbaşa Suriyaya yollanmırlar. İranda vəziyyət bir qədər başqadır. Mənbə iddia edir ki, onları İranın xüsusi xidmət orqanları qəbul edir və təlim düşərgələrinə aparırlar. Təlim düşərgələrində müharibəyə aid ibtidai biliklər-silah tutmaq və digər partlayıcı maddələrdən istifadə qaydaları öyrədilir. Hazır vəziyyətə gətirildikdən sonra radikal şiə qruplaşması olan “Hizbullah” və onun qolları tərəfindən 3 yolla Suriyaya aparılırlar: Türkiyə, İraq və Əfqanıstan.
İran Suriya ilə birbaşa sərhədlərə malik deyil. Buna görə də,
“Hizbullah” yerli bölmələri “təlim keçmiş döyüşçüləri” qəbul edir
və bu ölkələrdən müxtəlif yollarla Suriya sərhədlərini
keçirirlər.
Ən maraqlı iddia isə Əsəd ordusunda vuruşmaq üçün yaradılan
hərbi bölmələrdə farsların olmamasıdır. Mənbə bildirir ki, bu
bölmələrdə Bakının Nardaran və digər kəndlərindən, eləcə də cənub
bölgəsindən olanlar, Cənubi Azərbaycandan olan azərbaycanlılar,
eləcə də digər qeyri-farslar var. Bir neçə təlim düşərgələrinin
olduğu deyilir, lakin mənbə yalnız birini dəqiq bilir. Bu düşərgə
Qum şəhərinin 20 kilometrliyində yerləşir. Bu düşərgələrdə
Azərbaycandan son vaxtlar gedənlərlə yanaşı, Qumda dini təhsil alan
vətəndaşalrımız da var. Lakin tələbələr daha çox könüllülük
prinsipi ilə bura cəlb edilir. Məlumata görə, hazırda təlim
düşərgələrində 150-dən çox azərbaycanlının olduğunu deyir (bu rəqəm
dəqiqləşdirilməmiş informasiyadır-red).
Əsəd ordusunun tərkibində azərbaycanlıların da olduğu hərbi
qruplaşmalar daha çox partizan döyüşlərində istifadə olunur.
Məlumata görə, hazırda Suriya küçələrində gedən döyüşlərdə radikal
dini qruplaşmalar əmir adlanan rəhbərin başçılığı altında qruplar
halında döyüşür. Məhz onlara qarşı Suriyanın hökumət ordusu deyil,
bu qruplar vuruşur. Həmçinin Əsədə qarşı vuruşanlardan fərqli
olaraq, İranda hazırlanan bu qruplarda öldürülənlər haqında dəqiq
informasiya verilmir, çox vaxt da gizli saxlanılır. Ümumiyyətlə
onlarla bağlı təkcə ölümlər deyil, hər şeyin gizli saxlanılmasına
çalışılır. Bu hərbi qruplaşmalarda iştirak edənlər xüsusi
geyimləri, əsasən də çalma formasında olan yaşıl, yaxud da qara
rəngli bağlama ilə seçilirlər.
Mənbə daha bir maraqlı iddianı da bildirir. Onun sözlərinə görə, Azərbaycandan gedən Əsəd döyüşçülərini Bakı kəndlərindən bir nəfər koordinə edir. Dəqiq kim olduğu bilinməsə də, həmin şəxsin kənardan- İrandan, yoxsa başqa yerdən gəldiyi də dəqiq deyil - gəldiyi məlumdur. Koordinator rolunu oynanan bu şəxs burda təbliğat aparmaqla yanaşı, vəsaitlərin toplanması və gedənlərin yola salınmasını həyata keçirir.
Məlumata görə, Əsəd tərəfdarları olaraq vuruşan azərbaycanlılar
buna “Əhli-Beyt təhlükədədir" arqumenti ilə haqq qazandırırlar.
Asif Nərimanlı
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...