• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Qənirə Paşayevanın təklifi dəstəklənib

  • Nida.az
  • 4 Dekabr 2014 15:10
  • 465 Baxış
Qənirə Paşayevanın  təklifi dəstəklənib

Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyasında Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi, mədəni, dini abidələri dağıtması ilə bağlı danışıb.

Millət vəkili Qənirə Paşayeva Pakistanın Lahor şəhərində keçirilən Asiya Parlament Assambleyasının 7-ci sessiyasında Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbirstanlıqları dağıtması ilə bağlı geniş çıxış edib və qurumun qətnamə layihəsində bu məsələnin xüsusi qeyd edilməsini təklif edib.

Millət vəkili Q.Paşayeva qeyd edib ki, Ermənistan silahlı qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələri, məscidləri, qəbiristanlıqları məhv edərək azərbaycanlılara məxsus bütün izləri yox etməyə çalışırlar və bu çox dəhşətlidir. Ermənistan ilk öncə öz ərazisində etnik təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları oradan qovdu və Azərbaycanın tarixi torpaqları olan bu günkü Ermənistan ərazisində azərbaycanlılara məxsus bütün tarixi, mədəni, dini abidələri məhv etdilər. Sonra isə işğal etdikləri Azərbaycan torpaqlarında etnik təmizləmə siyasəti apararaq bütün insanları öz evlərindən zorla qovdular.

Çoxlu sayda azərbaycanlını qətlə yetirib, soyqırm törətdilər. Bundan sonra isə tarixi, mədəni, dini abidələri dağıtmağa başladılar və onlar Azərbaycan tarixi, mədəniyyəti ilə bərabər dünya mədəniyyətinə də böyük zərbə vururlar. Çünki bu qədim abidələr dünya mədəniyyətinin də bir parçasıdır və biz harada kimlər tərəfindən törədilməsinə baxmayaraq hamımız bu cür məsələlərə kəskin etiraz səsimizi ucaltmalıyıq. Əgər siz gerçəkləri video və fotogörüntülərlə görmək istəyirsinizsə , mən onları sizə göstərə və təqdim edə bilərəm. Burada mənim əlimdəki bu videolarda, bu filmlərdə, kitablarda onların bir hissəsini görə bilərsiniz."

Millət vəkili Asiya Parlament Assambleyasında iştirak edən üzv ölkələri Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında Azərbaycanlılara məxsus tarixi, mədəni, dini abidələrin və qəbisrtanlıqların, dağıdılmaqda davam etməsindən narahatlıqlarını bildirmələrinin, bu kimi vandalizm aktları törətməyi dayandırmağı tələb etmələrinin vacibliyini vurğulayaraq həm qəbul edilən sənədlərdə bu məsələnin öz əksini tapmasını təklif edib həm də üzv ölkələri bu istiqamətdə səyləri daha da artırmağa çağırıb.

Millət vəkili Qənirə Paşayeva Asiya Parlament Assambleyası üzv-ölkələrini ermənilər tərəfindən abidələrin dağıdılmasının qarşısının alınması üçün vacib addımlar atmağa və onların hərəkətinə siyasi qiymət verməyə çağırıb və bildirib ki, harada baş verməsindən asılı olmayaraq bu kimi vandalizm aktları kəskin pislənməli və Assambleya tərəfindən qəbul ediləcək sənədlərdə öz əksini tapmalıdır. Biz harada kimlər tərəfindən törədilməsinə baxmayaraq qəbirstanlıqların dağıdılması kimi barbarlığı kəskin pisləməklə bərabər onun dayandırılması üçün də əlimizdən gələni əsirgəməməliyik. Sizi yaxınlarının qəbirləri dağıdılan insanların ağrısını, acını bir dəqiqəlik hiss etməyə çağırır, onlara öz dəstəyinizi göstərərək ciddi addımlar atmağa çağırırıq. Millət vəkili Qənirə Paşayevanın bu təklifləri Pakistan, Türkiyə başda olmaqla bir sıra ölkələr tərəfindən dəstəklənib,Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında azərbaycanlılara məxsus tarixi, dini, mədəni abidələri və qəbirstanlıqları dağıtması kəskin pislənilib və Ermənistan bu kimi addımlara son qoymağa çağırılıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR