• USD 1,7021 -0,01% EUR 1,9029 -0,65%
    • GBP 2,2084 -0,14% RUB 0,0302 +0,33%

Həmsədr ölkələr birgə bəyanat yaydılar

  • Nida.az
  • 4 Dekabr 2014 15:39
  • 418 Baxış
Həmsədr ölkələr birgə bəyanat yaydılar

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri - Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibi Con Kerri, Fransanın Avropa işləri üzrə dövlət katibi Harlem Dezir - Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yenə də sadiqdirlər.

Trend-in məlumatına görə, bu barədə nümayəndə heyətləri rəhbərlərinin ATƏT-in saytında dərc edilən birgə bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Biz hesab edirik ki, münaqişənin hərbi həlli yoxdur və tərəfləri zorakılıqdan çəkinməyə və davamlı nizamlanmanın əldə edilməsi üçün fəal işləməyə çağırırıq".

Nümayəndə heyətlərinin rəhbərləri bu il Ermənistan-Azərbaycan təmas xətti boyunca zorakılığın artmasından təəssüfləndiklərini bildiriblər.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR