• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Qarabağla bağlı sirr aşkara çıxır: Həll variantına qarşı çıxan kimlər olub?

  • Nida.az
  • 4 Dekabr 2014 17:03
  • 704 Baxış
Qarabağla bağlı sirr aşkara çıxır: Həll variantına qarşı çıxan kimlər olub?

“2001-ci ildə Ki-Uest sammitində Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişənin həllinə heç vaxt olmadığı qədər yaxınlaşmışdı”.

Publika.az xəbər verir ki, bu barədə “Pol Qobl planının” müəllifi məşhur amerikalı politoloq Pol Qobl deyib.


Onun sözlərinə görə, tərəflər münaqişənin, demək olar, həllinə nail olublarmış: “İrəli sürülən sənədlər bu münaqişə ilə bağlı mənim çıxış etdiyim məqalə ilə olduqca uyğun idi. Prezidentlər Heydər Əliyev və Robert Köçəryan münaqişənin həllində maraqlı idilər və xalqlarının taleyini düşünürdülər. Lakin kənar müdaxilə son nəticəni əldə etməyə imkan vermədi. Kənar müdafiə Rusiya idi. Bu ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə imkan vermədi. Bu da məlum məsələ idi. Regionda münaqişənin həll olunmamış forması Moskva üçün strateji baxımdan əhəmiyyətlidir. Çünki bu bölgəyə nəzarət etmədən Qafqazın Şimalını idarə etmək çətin olar”.


Lakin P. Qobl indi həmin yanaşmasının münaqişənin həllinə heç bir kömək etməyəcəyini bildirib.

Qeyd edək ki, Pol Qobl 1990-cı illərdə ABŞ dövlət katibinin xüsusi köməkçisi vəzifəsini daşıyıb. O, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistanın Mehri rayonunu Dağlıq Qarabağ və “Laçın dəhlizi” ilə dəyişdirməyi təklif edirdi. Bu ən uyğun variant olsa da, nəticə əldə olunmadı.


Sabiq dövlət müşaviri Vəfa Quluzadə Publika.az-a açıqlamasında Pol Qoblun fikirlərini təsdiqləyib. Onun sözlərinə görə, həmin vaxt Rusiya həll variantının üzərindən xətt çəkib: “Bunu Ermənistanın əli ilə etdi. O vaxt Qarabağı Mehriyə dəyişmək təklifinə də ermənilər razı olmadı”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR