Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri Avropa Parlamentinin rəhbərinə etiraz ünvanladılar
Bizi izləyin

Nida.az

Azərbaycan vətəndaş cəmiyyətinin təmsilçiləri Avropa Parlamentinin rəhbərinə etiraz ünvanladılar

Azərbaycan Milli QHT Forumu Avropa Parlamentinin (AP) prezidenti Martin Şultsun noyabrın 26-da qurumun plenar iclasındakı çıxışı ilə bağlı etiraz bəyanatı yayıb.

ForumdanPublika.az-a verilən məlumata görə, bəyanatda bildirilir ki, AP prezidenti olaraq Martin Şults Avropanın bütün ölkələrinə bərabər və ədalətli münasibət sərgiləmək əvəzinə Azərbaycan haqqında həqiqətə uyğun olmayan fikirləri ilə diqqət çəkir.

Qeyd olunur ki, noyabrın 26-da Avropa Parlamentinin Strasburqda keçirilmiş plenar iclasında M.Şultsun Leyla Yunusun hüquqlarının pozulması ilə bağlı söylədiyi fikirlər ölkənin daxili işlərinə qarışmaq deməkdir: “Şults bununla Azərbaycanda, ümumiyyətlə, insan haqlarına guya əməl edilməməsi təəssüratı yaratmağa cəhd edib. Konkret cinayət əməllərində, o cümlədən vətənə xəyanətdə ittiham olunan şəxsləri söz, mətbuat və fikir azadlığının pozulması bəhanəsi ilə müdafiə etməyə çalışmaq Avropa Parlamenti kimi nüfuzlu bir təşkilatın obyektivliyinə kölgə salır, Avropa İttifaqı kimi qurumun qeyri-ciddi və qərəzli siyasi mövqeyindən xəbər verir. İndiyə qədər cənab Şults çıxışlarında Ermənistandan deportasiya edilmiş, özlərinin Qarabağdakı doğma yurd-yuvalarından qovulmuş yüz minlərlə azərbaycanlının hüquqlarından bircə dəfə də olsun danışmayıb, erməni separatçılarının qətlə yetirdiyi günahsız insanlardan, müxtəlif fiziki və mənəvi zorakılıqlara məruz qoyulan müsəlmanlardan bəhs etməyib. 25 ildir təcavüzkar Ermənistanın işğalı altında olan Azərbaycan torpaqları haqqında bir dəfə də olsun cənab Şultsun səsini və fikrini eşidən olmayıb, eyni zamanda Avropada hər gün dini və insani hüquqları tapdanan milyonlarla müsəlmanın diskriminasiyaya məruz qalması Avropa Parlamentinin prezidentini qətiyyən narahat etmir”.

Bəyanatda bildirilir ki, bütün bunlar belə düşünməyə əsas verir ki, M. Şultsu daha çox Azərbaycanın əldə etdiyi nailiyyətlərə kölgə salmaq, Azərbaycan xalqını demokratik dəyərlərdən uzaq bir xalq kimi qələmə vermək mərəzi daha çox ilgiləndirir: “Avropa Parlamentində Azərbaycana qarşı qərəzli, həqiqətə uyğun olmayan belə fikirlərin səslənməsi Qərbin Cənubi Qafqaz siyasətinin zəifliyindən xəbər verir, bu təşkilatın hələ də region dövlətlərinin bölgədəki rolunu real qiymətləndirə bilmədiyini bir daha təsdiq edir. Biz Azərbaycan Milli QHT Forumunun üzvü olan 648 QHT rəhbəri M. Şultsun ölkəmizlə bağlı söylədiyi qərəzli və qeyri-obyektiv fikirləri birmənalı şəkildə rədd edir və Avropa ictimaiyyətini ikili standartlara xidmət edən bu siyasətə qarşı etiraz bildirməyə səsləyirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm