Hasan Kanpolat: “Roma Papası İrəvanı işğala son qoymağa çağırmalıdır”
Bizi izləyin

Nida.az

Hasan Kanpolat: “Roma Papası İrəvanı işğala son qoymağa çağırmalıdır”

“Roma Papası sərhəd məsələsini gündəmə gətirməklə xristian təəssübkeşliyindən çıxış edir”.


Bunu Publika.az-a açıqlamasında Ortadoğu Strateji Araşdırmalar Mərkəzinin direktoru, türkiyəli politoloq Hasan Kanpolat Roma Papası Fransiskin Türkiyədə səfəri zamanı Ermənistanla sərhədlərin açılması arzusuna münasibət bildirərkən deyib.

Türkiyəli politoloq zaman-zaman rəsmi Ankaraya Qərbdən bu cür mesajlar verildiyini xatırladıb: “Biz müxtəlif dövrlərdə Türkiyəyə “sərhədləri aç” çağırışlarını görmüşük. Bu bir çox hallarda təzyiq formasında, bəzən də arzu olaraq gündəmə gətirilir. Papanın dilə gətirdiyi bu arzu da eyni proseslərin davamıdır. Bu, xristian təəssübkeşliyindən qaynaqlanan məsələdir. Lakin Vatikan da, Qərb də sərhədlərin açılmasınınn yalnız bir şərtlə baş verə biləcəyini anlamalıdırlar. Bu da Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarını azad etməsidir”.


H. Kanpolat ötən ay Ankara Universitetində Ankara Universitetində Hrant Dink Vəqfinin təşkilatçılığı ilə “Möhürlü Qapı: Türkiyə-Ermənistan sərhədinin gələcəyi” mövzusunda beynəlxalq konfransın keçirildiyini xatırladaraq bunun eyni ssenarinin bir hissəsi olduğunu bildirib: “Bu konfransdan sonra Roma Papası da eyni mövzuya toxunur. Sanki xristianların ruhani liderini düşündürəcək başqa məsələ yoxdur”.


Türkiyəli politoloq rəsmi Ankaranın heç vaxt belə bir addım atmayacağını bildirib.

“Azərbaycanın çətin vəziyyətində Türkiyədən bunu gözləmək doğru deyil. Çünki bu məsələ təkcə hökumətin, nazirlərin, yaxud dövlət başçılarının məsələsi deyil. Bu, xalqın məsələsidir. Azərbaycan xalqı Türkiyənin arxasında olduğu kimi, türk xalqı da hər zaman Azərbaycanın arxasındadır. Belə olduğu təqdirdə Ankaradan sərhədlərin açılmasının tələb etmək də, bu arzunu dilə gətirmək də mənasız addımlardır. Bunu bizdən istəyənlər anlamalıdırlar ki, sərhədlərin açılması Cənubi Qafqazda sabitliyə xeyir verməyəcək. Bütün problemlərin həlli üçün Ermənistanın işğalçılıq siyasətinə son qoyması lazımdır. Papa İrəvana bu çağırışı etsə, daha yaxşı olar”, - deyə politoloq qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm