Xarici işlər naziri Tomas Melia ilə görüşüb.
Bizi izləyin

Nida.az

Xarici işlər naziri Tomas Melia ilə görüşüb.

Nazir Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində İsveçrənin Bazel şəhərində keçirilən ATƏT-in 21-ci nazirlər şurasının iclasında iştirakı çərçivəsində ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melia ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüş zamanı vətəndaş cəmiyyətinin inkişafı və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanda vətəndaş cəmiyyətinin dinamik surətdə inkişaf etdiyini, dövlət tərəfindən bu sahənin inkişafına hərtərəfli dəstək göstərildiyini və ardıcıl demokratik islahatların həyata keçirildiyini qeyd edib.

İnsan hüquqlarından danışarkən Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən əsas hüquqlarından məhrum olan və etnik təmizləməyə məruz qalan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpa edilməsinə lazımı diqqət yetirilməsinin vacibliyini diqqətə çəkmişdir. O əlavə etmişdir ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan hüquqlarının qorunmasına dair fundamental beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub.

Beynəlxalq ictimaiyyətin bu məsələdə fəal mövqe nümayiş etdirməli olduğunu deyən Nazir Elmar Məmmədyarov ABŞ-ın azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları məsələsinin müxtəlif formatlarda gündəmdə saxlanmasının münaqişənin həllinə töhfə verə biləcəyini deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm