Azərbaycanda leqal agentlərin kimliyi açılır: Şok adlar
Bizi izləyin

Nida.az

Azərbaycanda leqal agentlərin kimliyi açılır: Şok adlar

“Bu gün işğal demokratiya adı altında aparılır. Vaxtilə kommunizmin ixracı ideyası nə idisə, hazırda beynəlxalq güclərin demokratik dəyəri deyə təqdim etdikləri də eyni şeydir”.


Bunu Publika.az-a açıqlamasında Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Zahid Oruc Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin məqaləsinə münasibət bildirərkən deyib.


Onun sözlərinə görə, Ramiz Mehdiyev dövləti idarə edən şəxslərdən biri kimi bu məsələlərə nəinki siyasi nöqteyi-nəzərdən qiymət verib, eləcə də daha geniş faktlar bazasını təqdim edib: “Burda ilk növbədə beynəlxalq siyasətin alt qatı açıqlanıb. Bu gün beynəlxalq maraqlar, dövlətlərin mənafeyi o qədər böyük ideoloji dəyərlər və ideallar adına bağlanıb ki, onu örtən pərdəni yarmaq, real vəziyyəti təsvir etmək olduqca çətindir. Vaxtilə kommunizm ideologiyası altında aparılan işğallar bu gün əks cəbhədə demokratiya adı altında aparılır”.


Ölkədə “5-ci kolon”un mövcudluğuna toxunan millət vəkili vaxtilə Franklinin zamanında döyüşən 4 kolonlu ordudan əlavə düşmən cəbhəsindəki təsir agentlərinə şamil edilən bu məfhumun bu gün başqa formada təzahür etdiyini bildirib.


“Ramiz müəllimin dediyi kimi, bəzən bu “5-ci kolon” xarici təsirlərə düşdüyünü anlamadan mənafe savaşında alət rolunda çıxış edir. Maraqlıdır, artıq bu agent tipli fəaliyyətlərin gizli şəkildə aparılması sanki populyarlığını itirib. İndi onlar III sektorda açıq şəkildə bu fəaliyyətlə məşğul olurlar. Bu gün “5-ci kolondan” səmərəli şəkildə istifadə edən beynəlxalq güclər insan haqları məsələsinə sərhədsiz anlayışını veriblər. Lakin özlərinin daxilində olan məsələlərə müdaxilə etməyi heç kimin ağlına gəlmir. Məsələn, Ferqusyonda baş verən toqquşmalar fonunda hansısa başqa ölkənin QHT ordusu ora gedərək dövlət katibinin köməkçisi Nolland kimi piar işləri görsə, təşkilatçılıq etsə, hökumətdən milli qvardiyanı geri çəkməyi tələb etsə, Vaşinqton administrasiyası o ölkəyə dərhal sərt təpki göstərər. Lakin bu gün Azərbaycanda Eldar Namazov, Əli Kərimli, Cəmil Həsənli, Leyla Yunus və digərlərindən ibarət böyük bir ordu var. Onlar açıq şəkildə Qərb mənafelərinin daşıyıcısı kimi çıxış edirlər. Onların əməllərini ifşa edəndə, dərhal bunu insan haqlarına zərbə sayırlar. Hesab edirəm ki, bu gün ölkədə “5-ci kolon” da, “6-cı kolon” da var. Onları real həbsxana kolonlarına göndərəndə, məsələ beynəlxalq problem səviyyəsinə qaldırılır. Çünki bu, onların mənafeyini qoruduqlarının maraqlarına ziddir”, - deyə komitə üzvü vurğulayıb.


Z. Oruc Azərbaycanın Qərbə inteqrasiyadan imtina etdiklərinə dair yanlış fikirlər olduğunu bildirib.


“Bəzən Azərbaycanın Avropaya cəbhə açdığına dair yanlış fikirlər səsləndirilir və tənqidlərin dövlət siyasəti olduğu deyilir. Halbuki, bunları qarşı tərəf başladı. Azərbaycan iqtisadi cəhətdən nə vaxt Qərblə əməkdaşlığı kəsərək qazını, neftini Asiya, yaxud Afrikaya çıxarıb? Bu gün biz mədəni olaraq Avropanın yanındayıq, bu siyasətdə, təhlükəsizlik baxımından hərbi məsələlərdə də özünü göstərir. Bizim bu münasibətdə davamlı, ardıcıl, sabit fəaliyyət apardığımız şübhəsizdir. Qarşı tərəf nə üçün adekvat münasibət göstərmir. Azərbaycanda bir ovuc dairəni özlərinin partnyoru hesab edirlər. Yalnız ona görə ki, bu ölkəni başqa dövlətlərə qarşı qoymaq, istədikləri şəkildə idarə etmək üçün onlardan istifadə olunur. Mən əminəm ki, səfirlik bu məqaləni və ondan öncəki tənqidləri tezisləşdirilmiş formada Vaşinqtona təqdim etməkdədir. Biz Amerikanın Cənubi Qafqaza dair siyasətini dəyişməyi, Azərbaycana qarşı ədalətli mövqe tutmasını arzulayırıq”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm