Rauf Arifoğlu Müsavatdan istefaya hazırlaşır
Bizi izləyin

Nida.az

Rauf Arifoğlu Müsavatdan istefaya hazırlaşır

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu Müsavat Partiyasının rəhbərliyində təmsil olunan bəzi adamların son hərəkətlərindən hiddətləndiyini açıqlayıb.


Publika.az xəbər verir ki, baş redaktor “facebook” səhifəsində Müsavat Partiyasından istefa verə biləcəyini bəyan edib.


“ANS mənə növbəti pisliyini etdi. İki gün yalvar-yaxar, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı bir partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri “Yeni Müsavat”ın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası… Bu qədər absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi, əvəzində Əli Kərimlinin Müsavat üzrə müavini Fuad Qəhrəmanlıya söydürdülər bizi… Bəzi Müsavat üzvləri də, hətta rəhbərliyə aid olanlar artıq neçənci dəfədir “facebook”da kürəyimizdən xəncərləməkdədir.

Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır. AXCP ilə müttəfiq imişlər, xəbərimiz yox! İnşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik”, - deyə o bildirib.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm