Obamanın yeni səfiri Sekuta kimdir? - “Wikileaks”ın məxfi sənədləri
Bizi izləyin

Nida.az

Obamanın yeni səfiri Sekuta kimdir? - “Wikileaks”ın məxfi sənədləri

ABŞ Senatı Robert Sekutanın Vaşinqtonun Azərbaycanda yeni səfiri kimi namizədliyini təsdiqləyib. O, Bakıda sələfi Riçard Morninqstarı əvəz edə bilər.

Publika.az Bakıya gələcək diplomat haqda araşdırma aparıb. Sekutanın son vəzifəsi dövlət katibinin enerji məsələləri üzrə köməkçinin böyük müavini olub. Riçard Morninqstarın da enerji sahəsi üzrə təcrübəli diplomat olması nəzərə alınsa, Vaşinqtonun Bakıya enerji mütəxəssislərini göndərməsinin təsadüf olmadığını göstərir.

R. Sekuta vaxtilə Əfqanıstan, Yaponiya və Almaniyada ABŞ səfirliklərində müxtəlif vəzifələrdə çalışıb. 2003-2007-ci illərdə Berlində işləyən Sekuta burda ABŞ İqtisadi Nazirliyinin vəkili vəzifəsini daşıyıb. 2007-ci ildə Tokioya gəlib, 2009-cu ilə qədər burda çalışıb. 2009-cu ildən sonra Dövlət Departamentinə təyinat alıb.

R. Sekuta Albaniya, Avstriya, İraq, Cənubi Afrika, Yəməndə ABŞ Ticarət Nümayəndəliyinin Ofisində də işləyib.

2003-cü ildə ABŞ İraqa girərkən Əməliyyat Qrupunun İqtisadi Siyasət Analizi və Diplomatiyası istiqamətində çalışıb. Bob Corctaun Universitetinin mütəxəssisidir. Həmçinin, Qlobal İdarəetmə və Milli Hərbi Kollecin Tanderberd Məktəbində usta dərəcəsi alıb.

Bir müddət əvvəl məxfi materialları ilə Vaşinqtonu lərzəyə salan məşhur “Wikileaks” saytı 2008-ci ildə Tokioda çalışan Robert Sekutanın məxfi teleqramlarının dərc edib. Məxfi qrifli teleqramda deyilir:

“İxtisası: İqtisadiyyat, Robert Sekuta. 1.4 (B).

“Econoff” İqtisadiyyat Nazirliyi haqda məlumatı çatdırdı. Ticarət və sənayeyə nəzarət bölünəcək. Məmurlar deyir ki, bu müzakirə olunacaq. Yaponiya bazarına “Sokkia” şirkəti ilə çıxın və “EmnOff” ilə istənilən nəticəni bölün. İnformasiyada deyilir ki, onlar ABŞ-la daha uzaq perspektivdə də işləməyə hazırdır”.

Başqa bir məxfi teleqramda Sekuta yazır:

“Martın 4-də Tokio İctimai Təhlükəsizlik Bürosu və Xirosima perfektura polisi Horkos Karporasiyasının və Xirosima dəzgahları istehsalçının 4 yüksək vəzifəli şəxsini həbs etdi. İttiham lisenziya olmadan Cənubi Koreyaya və Çinə qeyri-qanuni ixracdır. Yaponiya hakimiyyət orqanları 2008-ci ilin əvvəlində firmaya basqın etdi. Baxmayaraq ki, mətbuat ixracın bir hissəsinin Şimali Koreyaya göndərildiyinə dair xəbərlər yazırdı”.

Məxfi teleqramda daha sonra məsələ ilə bağlı durum və çıxış yolları göstərilir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm